ŞURANIN TƏRKİBİ

Ağayev Səyyad Ağamir oğlu

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Cinayət prosesi kafedrasının rəisi

Ağayev Səyyad Ağamir oğlu 02 yanvar 1970-ci ildə Sabirabad rayonunun Kovlar kəndində anadan olmuşdur. 1977-1987-ci illərdə Sabirabad rayon Axısxa kənd orta məktəbində təhsil almışdır.
1988-1990-cı illərdə keçmiş sovet ordusunda xidmət etmişdir.
1991-ci il noyabr ayında Sabirabad Rayon Polis Şöbəsinə polis nəfəri kimi işə qəbul olunmuş, 1992-1993-cü illərdə Sabirabad Rayon Polis Şöbəsinin şəxsi heyətinin tərkibində Füzuli rayonunda sosial əhəmiyyətli obyektlərin mühafizəsində iştirak etmişdir.
S.A.Ağayev 1993-1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında əyani təhsil almış və Akademiyanı fərqlənmə diplomu (polis baş leytenantı xüsusi rütbəsində) ilə bitirmişdir. Həmin ildə Cinayət prosesi kafedrasına müəllim vəzifəsinə təyin olunmuş, 2006-cı ildə baş müəllim və kafedra rəisi vəzifəsini müvəqqəti icra etmişdir. 2007-ci ildən isə həmin kafedranın rəisidir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 8 fevral 2012-ci il tarixli qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 31 oktyabr 2014-cü il tarixli qərarı ilə dosent elmi adına layiq görülüb. Müntəzəm olaraq elmi konfranslarda iştirak edir, bir çox məqalələrin müəllifidir.
Xidməti fəaliyyəti dövründə Daxili İşlər naziri və Polis Akademiyası rəisinin əmrləri ilə dəfələrlə mükafatlandırılmış, 1 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən Azərbaycan polisinin yaranmasının 102-ci ildönümü münasibətilə Fəxri Fərmanla təltif edilmişdir.
Ailəlidir, iki övladı var.