ŞURANIN TƏRKİBİ

Kazımov Tahir Lələkişi oğlu

Ali Məhkəmənin hakimi

Kazımov Tahir Lələkişi oğlu 7 sentyabr 1957-ci ildə Masallı rayonunda anadan olmuşdur. 1981-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Fərqlənmə diplomu” ilə bitirmiş, həmin ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında müstəntiq, böyük müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini, rayon prokuroru, Baş Prokurorluqda idarə rəisinin müavini, idarə rəisi vəzifələrində işləmişdir. 2017-ci il 30 iyun tarixindən Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunub. 3-cü dərəcəli dövlət ədliyyə müşaviridir.
Bir çox konfranslarda, təlimlərdə iştirak etmiş, o cümlədən 2001-ci ildə ABŞ-da keçirilən “Böhran vəziyyətlərinin idarə edilməsinə dair təlimlər”də iştirak etmişdir.
T.L.Kazımov əmək hüququna dair “İşçinin tam maddi məsuliyyəti” mövzusunda elmi əsərin, Azərbaycan Respublika- sının və Rusiya Federasiyasının elmi jurnallarında dərc olunmuş bir sıra elmi məqalələrin müəllifidir.
“Azərbaycan bayrağı” ordeni, “Prokurorluğun fəxri işçisi” döş nişanı və digər mükafatlarla təltif olunmuşdur.
Ailəlidir, 3 övladı var.