ŞURANIN TƏRKİBİ

İsayev Orxan Elşad oğlu

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi

İsayev Orxan Elşad oğlu 1983-cü ildə anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə diplomu) və magistratura (fərqlənmə diplomu) pillələri üzrə bitirmişdir.
2005-ci ildən prokurorluq orqanlarında işləyir. Səbail və Yasamal rayon prokurorluqlarında müstəntiq, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra etmiş, İdarənin Analitik-informasiya, Preventiv tədbirlər və təhqiqat şöbələrinin prokuroru, Təşkilati və informasiya təminatı şöbəsinin böyük prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi, Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır. 17 fevral 2020-ci ildən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Baş Prokurorluğu Kollegiyasının, habelə Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının üzvüdür. İngilis, rus və türk dillərini bilir.
Ailəlidir, iki övladı var.