ŞURANIN TƏRKİBİ

ELMİ-MƏSLƏHƏT ŞURASININ SƏDR MÜAVİNİ

Məmmədov Elçin Məmmədbağır oğlu

Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini

Məmmədov Elçin Məmmədbağır oğlu 06 iyun 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1993-cü ildən təyinat yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Azərbaycan Nəqliyyat Prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru, 1993-1995-ci illərdə Azərbaycan Nəqliyyat Prokurorluğunun İstintaq şöbəsinin prokuroru, 1995-2000-ci illərdə Azərbaycan Nəqliyyat Prokurorluğunun böyük müstəntiqi, 2000-2002-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuror-kriminalisti, 2002-2005-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, 2005-2012-ci illərdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, 2012- 2016-cı illərdə Gəncə şəhər prokurorunun müavini, 2016-2020-ci illərdə Lənkəran rayon prokuroru vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsinə təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
O, Baş Prokurorluğun Ali Attestasiya Komissiyasının və “İstintaq təcrübəsi” bülleteninin redaksiya heyətinin sədri, Azərbaycan Respublikası Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının sədr müavinidir.
Elçin Məmmədov Prokurorluqda qüsursuz xidmətinə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılmış, həmçinin 24 iyul 2020-ci il tarixli əmrlə Müstəqil Dövlətlər Birliyi iştirakçısı olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının “MDB BPƏŞ-in 25 illiyi” xatirə yubiley medalı, 07 iyun 2021-ci il tarixli əmrlə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 13 avqust 2021-ci il tarixli əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətə görə” medalı, 12 yanvar 2022-ci il tarixində Rusiya Federasiyası Prezidentinin fərmanı ilə 20 aprel 2021-ci ildə təsis edilmiş “Rusiya Prokurorluğunun 300 illiyi” yubiley medalı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 24 yanvar 2022-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.