ŞURANIN TƏRKİBİ

Əliyev Namiq Həsən oğlu

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının professoru

Əliyev Namiq Həsən oğlu 1956-cı il mayın 19-da Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə 160 №-li məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq, 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1978-1979-cu illərdə – Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunda müstəntiq, 1979-1992-ci illərdə Bakı Ali Partiya Məktəbində kiçik elmi işçi, müəllim, baş müəllim, dosent, dekan, kafedra müdiri vəzifələrində çalışmışdır. 1992-2000-ci illərdə Azərbaycan Respublikası Ali Soveti / Milli Məclisi aparatında Hüquq mühafizə orqanlarının və müdafiə məsələləri şöbəsinin, Konstitusiya qanunvericiliyi şöbəsinin, Dövlət quruculuğu üzrə şöbəsinin müdiri vəzifələrində işləmişdir.
N.H.Əliyev 2000-2002-ci illərdə Bakı Dövlət Universitetində Hüquq fakültəsinin dekanı, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisi aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifələrində işləmişdir. Baş ədliyyə müşaviridir.
2006-2011-ci illərdə Azərbaycan Respublikasının Gürcüstanda Fövqəladə və səlahiyyətli səfiri, 2011-2016-cı illərdə isə Azərbaycan Respublikasının Moldova Respublikasında Fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışmışdır.
2017-2020-ci illərdə “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsinin baş direktoru vəzifəsində işləmiş, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri seçilmişdir. Eyni zamanda, Akademiyanın Hüquq kafedrasının professorudur.
2006-cı ildən Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri, 2004-cü ildən hüquq elmləri doktoru və İkinci dərəcə Dövlət müşaviri, 2009-cu ildən professor adına layiq görülmüşdür.
Azərbaycan parlamenti tərəfindən konstitusiya, bələdiyyə və hərbi qanunvericilik sahələrində qəbul edilən qanun layihələrinin hazırlanmasında iştirak etmiş,1999-cu ildə Azərbaycanda ilk dəfə 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarının qəbul olunmasının 50 illiyi ilə əlaqədar onların Azərbaycan dilinə tərcüməsinə və nəşrinə rəhbərlik etmişdir. Həmin nəşrə yazılan ön sözün müəllifidir.
27 monoqrafiya, kitab və kitabça, 110-dan artıq elmi və 100-dən artıq qəzet və publisistik məqalənin müəllifidir. Əsərləri 16 ölkədə, 12 dildə nəşr olunmuşdur. “Beynəlxalq hüquq və Qarabağ” məsələsinə aid müəllifi olduğu kitablar 8 ölkədə
8 dildə nəşr edilib (Tbilisi, Vilnüs, Kişinyov, Budapeşt, Varşava, Buxarest, Moskva, Sofiya). Həmin mövzuya həsr olunmuş və xaricdə (Gürcüstan, Ukrayna, Moldova) nəşr edilən 10-a qədər elmi məqalələr toplusunun elmi redaktorudur. Məqalələrin müəllifləri xarici və Azərbaycan ekspertləridir.
2012-ci ilin sentyabrında Moldova dilində nəşr olunan “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” (Dreptul international şi conflictul din Nagorno- Karabah. – Chişinău: Prut İnternational, 2012. – 132 p.) adlı kitab Moldova Respublikası Mədəniyyət Nazirliyinin və UNESCO Milli Komissiyasının Diplomuna layiq görülmüşdür. 2015-ci ilin mart ayında isə Moldova Respublikası UNESCO Milli Ko- missiyasının medalı ilə təltif olunmuşdur.
10 milli və beynəlxalq elmlər akademiyasının (Moskva, İnsbruk, Tbilisi, Nyu-York, Sankt-Peterburq, Qelati) həqiqi üzvüdür (akademikdir). 4 universitetin fəxri doktorudur (Gürcüstan, Moldova). “GALEX-2013” (Moldova Respublikası) və “Dədə Qorqud” (Azərbaycan Respublikası, 2017) Milli mükafatlarının laureatıdır.
Ailəlidir, iki övladı var.