ŞURANIN TƏRKİBİ

Rüstəmzadə Ayxan Xankişi oğlu

Milli Aviasiya Akademiyasının baş hüquqşünası və İqtisadiyyat və hüquq fakültəsinin dekanı

Milli Aviasiya Akademiyasının baş hüquqşünası və İqtisadiyyat və hüquq fakültəsinin dekanı
Rüstəmzadə Ayxan Xankişi oğlu 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-2006-cı illərdə Milli Aviasiya Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil almışdır. 2012-ci ilədək məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışmışdır.
2006-2009-cu illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olmuşdur. 2010-cu ildə A.X.Rüstəmzadəyə Ali Attestasiya Komissiyası tərəfindən hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
A.X.Rüstəmzadə 2011- 2013-cü illərdə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsində Hüquq kafedrasının müəllimi olmuşdur.
O, 2012-2015-ci illərdə Ukrayna Ali Radasının Qanunvericilik İnstitutunun doktorantı olmuş, doktorluq dissertasiyası müdafiə edərək, Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən (AAK) hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildə Azərbaycan Respublikasında hüquq elmləri doktoru elmi dərəcəsi nostrifikasiya olunmuşdur. Həmin ildə AAK-ın qərarı ilə dosent elmi adına layiq görülüb.
2016-cı ildən bu günədək Vəkillər Kollegiyasının üzvü və Xırdalan şəhər Vəkil Bürosunun direktorudur.
Ayxan Rüstəmzadə 2017-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları layihəsinin professor-müəllim seçimi müsabiqəsində Humanitar-sosial ixtisaslar üzrə Komissiyanın sədri, Ukrayna Respublikasının Vəkillər kollegiyasının üzvüdür.
2017-2021-ci illərdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında müəllim kimi dərslərə cəlb edilmiş, 2020-ci ildə Milli Aviasiya Akademiyasının aparıcı hüquqşünası və Hüquq kafedrasının müdiri olmuşdur.
2021-ci ildən Milli Aviasiya Akademiyasının baş hüquqşünası və İqtisadiyyat və hüquq fakültəsinin dekanıdır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə professor elmi adı verilmişdir.
A.X.Rüstəmzadə 80-dək elmi əsərin müəllifidir.