FƏALİYYƏTİN TƏHLİLİ

2023 və 2023-cü illər ərzində görülmüş işlərə dair müqayisəli təhlil

Fəaliyyət istiqaməti / görülmüş tədbirlər

2022

2023

Fərq

%

Təşkilatı məsələlər

1.

Baş Prokurorluğun Fəaliyyət planlarında nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

10

11

+1

10

 

2.

Elm-Tədris Mərkəzinin İş planında nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

11

12

+1

9

 

3.

Digər proqram və planlarda nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

9

24

+15

166

 

Tədris sahəsində fəaliyyət

4.

Prokurorluğa qulluğa qəbul olunmağa namizədlər üçün icbari təlimin və stajorluq keçən işçilər üçün hazırlıq kursunun təşkili

3

3

-

0

 

5.

Peşə hazırlığının artırılması üzrə tədris tədbirlərinin təşkili

11

18

+7

64

 

6.

Prokurorluq işçilərinin digər qurumların tədris tədbirində iştirakı

13

13

-

0

 

Metodiki iş

7.

Elmi-nəzəri və praktiki təhlil və tədqiqatın aparılması

4

8

+4

100

 

8.

Tədris-metodiki vəsaitin hazırlanması və vəsaitlər üzrə rəy verilməsi

8/6

6/9

-2/+3

25

 

9.

“Azərbaycan Prokurorluğu” jurnalının nəşrə hazırlanmış buraxılışları və digər mətbu nəşrlər üzrə rəy verilməsi

4/4

5/33

+1/-1

25

 

10.

Baş Prokurorluğun Kitabxanasının kitab fondunda olan ədəbiyyatın sayı

4.737

5.0033

+266

6

 

11.

Elmi-tədqiqat tədbirlərin, o cümlədən konfrans və seminarın təşkili

5

93

+4

80

 

12.

Elmi-tədqiqat tədbirlərində, o cümlədən konfrans və seminarda iştirak

18

263

+8

44

 

Katiblik funksiyaları

13.

Elmi Məsləhət Şurasının keçirilmiş iclası

2

3

+1

50

 

14.

Etik Davranış Komissiyasında baxılmış xidməti araşdırma materialları

9

6

-3

33

 

15.

Prokurorluq orqanlarında ilin ən yaxşı müstəntiqi və dövlət ittihamçısı müsabiqələrinin təşkili

2

2

-

0

 

İnformasiya kommunikasiya texnologiyalarınnın tətbiqi

16.

“Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sisteminə daxil edilmiş tədbirlərin sayı

28

47

+19

68

 

17.

“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemində olan elektron nəşrlərin sayı

554

668

+114

20

 

18.

Elm-Tədris Mərkəzinin vebsaytında olan məlumatların sayı

286

399

+113

39

 

 

Mərkəzin cari ilin göstəricilərini 2022-ci illə müqayisə etdikdə məlum olur ki, idarənin fəaliyyəti qənaətbəxş olmuş, əsas parametrlər üzrə artım müşahidə edilir.
Məsələn, Baş Prokurorluğun Fəaliyyət və Mərkəzin İş planlarından nəzərdə tutulanlardan başqa, Mərkəz tərəfindən digər proqram və planlar üzrə icra edilmiş tədbirlərin sayı 166 % artmışdır. Bu artım ilk növbədə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Baş Prokurorluq üzrə həyata keçirilən Tədbirlər Planı və prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar olmuşdur.
Həmçinin Mərkəzin fəaliyyətinin təhlili göstərir ki, 2023-ci il ərzində peşə hazırlığının artırılması üzrə tədris tədbirlərinin təşkili sahəsində də görülmüş işlərin sayı əvvəlki dövrlə müqayisədə 64 % artmışdır. Ümumilikdə Mərkəz tərəfindən 2022-ci il ərzində 14 tədris tədbiri təşkil edilmişdirsə, cari ildə bu cür tədbirlərin sayı 21-ə çatmışdır.
2022-ci ildə Mərkəzin tədris tədbirlərində dinləyici qismində 714 şəxs iştirak etmişdirsə, cari ildə bu cür tədbirlərə 2.280 şəxs cəlb edilmişdir. Kifayət qədər yüksək artım 3 qrup yaş təsnifatı üzrə prokurorluq işçilərinin, eləcə də dövlət qulluqçularının etik davranış qaydalarının tədrisi sahəsində treninqlərlə cəlb edilməsi ilə əlaqəli olmuşdur (1.292 nəfər). Bu treninqlər nəzərə alınmasa belə, dinləyicilər sayında 38 % artım müşahidə edilir.
Mərkəzin tədris prosesinə prokurorluq işçiləri ilə yanaşı, digər hüquq-mühafizə orqanlarının və sair qurumların əməkdaşları maraq göstərmişlər. Odur ki, dinləyici qismində 2022-ci ildə Mərkəzin tədris tədbirlərində digər qurumların 234, cari ildə isə 292 nümayəndəsi iştirak etmişdir. 25 % artımın səbəbi son illər ərzində elmi-tədqiqat sahəsində əməkdaşlıq üzrə Mərkəzin səylərinin artması və digər idarələrin bu sahədə təşəbbüs göstərməsi olmuşdur.
Qeyd edilən tədbirlər çərçivəsində tədris edilmiş məşğələlərin sayında da artım müşahidə edilir. Belə ki, 2022-ci ildə 250 saat, 2023-cü ildə isə 410 saat mühazirə, praktiki məşğələ, təqdimat, dəyirmi masa və sair formada tədris aparılmışdır. Müsbət haldır ki, tədris yükünün 42 % (173 saat) məhz Mərkəzin əməkdaşları icra etmişlər.

Mərkəz digər qurumlar tərəfindən təşkil edilən tədris tədbirlərinə də maraq göstərmiş, bu cür tədbirlərdə Baş Prokurorluğun struktur qurumlarının, o cümlədən Mərkəzin işçilərinin iştirakı təmin edilmişdir. Onların arasında xaricə təlim səfərləri də xüsusi yer tutmuşdur.

 

Tədris işi

 

 

Həmçinin müsbət tendensiya Mərkəz tərəfindən elmi-nəzəri və praktiki təhlil və tədqiqatların aparılmasında, tədris-metodiki vəsait üzrə rəylərin verilməsində, “Azərbaycan Prokurorluğu” jurnalının nəşrə hazırlanmasında, elmi-tədqiqat tədbirlərin təşkilində və bu cür tədbirlərdə iştirakda müşahidə edilir.
Belə ki, əgər keçən ildə Mərkəzin əməkdaşları 4 təhlil aparmışlarsa, artıq cari ildə 8 təhlilin müəllifi olmuşlar. 2022-ci ildə vəsaitlər üzrə 6 rəy verilmişdirsə, hesabat dövründə rəylərin sayı 9-a çatmışdır. Əvvəlki dövrlərdən fərqli olaraq “Azərbaycan Prokurorluğu” jurnalının bu il 5 nömrəsi işıq üzü görmüşdür. Keçən il ərzində 5 elmi-tədqiqat tədbiri təşkil edilmişdirsə, cari ildə Mərkəz 9 elmi-tədqiqat tədbirinin təşkilatçısı olmuşdur. 2022-ci ildə Mərkəzin əməkdaşları başqa qurumlarının 18 elmi-tədqiqat tədbirində iştirak etdiyi halda, bu il bu cür 26 tədbirə dəvətli olmuşlar. Bu müsbət tendensiyanın səbəbi xüsusən son illər ərzində elmi-tədqiqat sahəsində əməkdaşlıq üzrə Mərkəzin əlaqələrinin artması, əvvəlki dövrlərdə müvafiq memorandumların imzalanması olmuşdur.

 

Metodiki iş

 

 

Həmçinin hesabat dövründə kitabxana fondunun zənginləşdirilməsində və informasiya kommunikasiya texnologiyalarının tətbiqində müsbət nəticələr əldə olunmuşdur. Belə ki, Baş Prokurorluğun Kitabxana fondunda olan ədəbiyyatın sayı 6 %, “Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemində olan elektron nəşrlərin sayı 20 %, Elm-Tədris Mərkəzinin vebsaytında olan məlumatların sayı 39 %, “Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemində olan tədbirlərin sayı 68 % artmışdır.

 

Kitabxana və texnologiya