FƏALİYYƏTİN TƏHLİLİ

2021 və 2022-ci illər ərzində görülmüş işlərə dair müqayisəli təhlil

Fəaliyyət istiqaməti / görülmüş tədbirlər

2021

2022

Fərq

%

Qeyd

Ümumi məsələlər

1.

Baş Prokurorluğun Fəaliyyət planlarında nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

7

10

+3

43

 

2.

Mərkəzin İş planlarında nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

11

11

-

0

 

3.

Müxtəlif komissiyaların və işçi qrupların fəaliyyətində iştirak

6

9

+3

50

 

Qulluğa qəbul olunanlarla iş

4.

Prokurorluğa qulluğa qəbul olunmağa namizədlər üçün icbari təlimin təşkili

2

2

-

0

 

5.

Prokurorluğa qulluğa qəbul olunmuş və stajorluq keçən işçilər üçün hazırlıq kursunun təşkili

2

1

-1

50

 

Peşə hazırlığının artırılması

6.

Prokurorluq işçilərinin peşə hazırlığının artırılması üçün təlimin təşkili

5

6

+1

25

 

7.

Digər hüquq mühafizə orqanlarının və xarici tərəfdaşların əməkdaşları üçün təlimin təşkili

3

6

+3

100

 

8.

Prokurorluq işçilərinin kurslara (təlimlərə) göndərilməsi

1

13

+12

1.200

 

Tədqiqatların aparılması

9.

Mərkəz tərəfindən elmi-nəzəri və praktiki təhlil və tədqiqatın aparılması

5

4

-1

20

 

10.

Elmi-tədqiqat sahəsində əməkdaşlıq üzrə görülmüş tədbirlər

14

15

+1

7

 

Vəsaitlərin hazırlanması

11.

Mərkəz tərəfindən tədris-metodiki vəsaitin hazırlanması

5

8

+3

60

 

12.

Vəsaitin hazırlanmasına köməklik edilməsi və rəy verilməsi

5

6

+1

20

 

Katiblik funksiyaları

13.

Elmi Məsləhət Şurasının iclasının keçirilməsinin və digər tədbirlərinin təşkili

4

4

-

0

 

14.

Etik Davranış Komissiyasında baxılmış xidməti araşdırma materialları

15

9

-6

40

 

15.

Prokurorluq orqanlarında “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin təşkili

 

2

+2

 

Yeni

Digər fəaliyyət növləri

16.

“Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının nəşrə hazırlanmış buraxılışları

4

4

-

0

 

17. 

Prokurorluğun digər mətbu nəşrlərinin hazırlanması istiqamətində görülmüş işlər

4

4

-

0

 

18.

Elmi-tədqiqat tədbirlərinin, o cümlədən konfrans və seminarların təşkili

2

5

+3

150

 

19.

Elmi-tədqiqat tədbirlərində, o cümlədən konfrans və seminarda iştirak

14

18

+4

28

 

20.

Baş Prokurorluğun Kitabxanasının kitab fondunda olan ədəbiyyatın sayı

4.512

4.737

+225

5

 

İnformasiya kommunikasiya texnologiyalarınnın tətbiqi

21.

“Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sisteminə daxil edilmiş tədbirlərin sayı

14

13

-1

7

 

22.

“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemində olan elektron nəşrlərin sayı

430

554

+124

29

 

 

Mərkəzin cari il üzrə göstəricilərini 2021-ci il ilə müqayisə etdikdə, fəaliyyətinin qənaətbəxş olduğu görünür. Belə ki, fəaliyyət istiqamətlərinin əsas parametrləri üzrə bütün sahələrdə artım müşahidə olunur.
Məsələn, Baş Prokurorluğun Fəaliyyət planlarında nəzərdə tutulmuş və Mərkəz tərəfindən icra edilmiş tədbirlərin, eləcə də müxtəlif komissiyaların və işçi qrupların tərkibində iştirak etmə hallarını əvvəlki ilin göstəriciləri ilə müqayisə etdikdə, onların təxminən 40 – 50 % artdığını müşahidə etmək olar. Əsasən bu artım təbirlərin müxtəlif idarə və şöbələrin birgə şəkildə icra edilməsinin planlaşdırılması ilə bağlı olmuşdur. Misal kimi, Mərkəz tabe prokurorluqlarında işləyən dövlət qulluqçularının nümunəvi vəzifə təlimatlarının layihələrinin hazırlanmasında Kadrlar idarəsinə yardımçı olmuş; Mətbuat xidməti ilə birgə media ilə əlaqələrə görə məsul prokurorluq işçiləri, eləcə də medianın və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün təlim və treninqlər təşkil edilmiş; İstintaq və Prokurorluqda istintaqa nəzarət idarələrinin ötən illərdən bağlı qalmış və 2021 – 2022-ci illərdə açılması təmin edilmiş qəsdən adam öldürmə cinayətlərinə dair cinayət işləri üzrə təhlil birgə keçirilmişdir.
Mərkəzin fəaliyyətinin təhlili göstərir ki, 2022-ci il ərzində tədris sahəsində də görülmüş işlərin sayı əvvəlki dövrlə müqayisədə artmış, əgər 2021-ci il ərzində 12 tədris tədbiri təşkil edilmişsə, cari ildə 14 tədris tədbiri keçirilərək, artım 16,7 % təşkil etmişdir. Tədris tədbirləri prokurorluğun müxtəlif vəzifələrində (namizəd, stajor, müstəntiq, prokuror köməkçisi, prokuror və sair) və sahələrində (vətəndaşların qəbulu, media ilə ünsiyyət, kriminalistika və ekspertiza yenilikləri, narkotik vasitələrin qanunsuz dövriyyəsi, cinayət təqibindən kənar fəaliyyət və sair) çalışan 481 işçini, eləcə də 224 nəfər digər hüquq mühafizə orqanlarının işçisini (daxili işlər, gömrük, vergi orqanları və sərhəd xidməti) və qurumun nümayəndəsini (media, qeyri-hökumət təşkilatları və sair) əhatə etmişdir.

Mərkəz digər qurumlar tərəfindən təşkil edilən tədris tədbirlərinə də maraq göstərmiş, belə tədbirlərdə iştirak etməklə əldə edilmiş biliyi təlim fəaliyyətində istifadə edilməsi üçün cari ildə bu kimi 13 tədbirdə Mərkəzin işçilərinin iştirakı təmin edilmişdir. Onların arasında xaricə təlim səfərləri də xüsusi yer tutmuşdur. Bu artımın səbəbi xüsusən son illər ərzində elmi-tədqiqat sahəsində əməkdaşlıq üzrə Mərkəzin əlaqələrinin artması, müvafiq memorandumların imzalanması olmuşdur. Eyni zamanda Baş Prokurorluğun digər qurumlarının da işçilərinin belə bir tədris tədbirlərində iştirakı üçün səylər göstərilmişdir.

 

Fəaliyyət və iş planları, eləcə də tədris tədbirləri

 

 

Həmçinin müsbət tendensiya Mərkəz tərəfindən tədris-metodiki vəsaitlərin hazırlanmasında və elmi-tədqiqat sahəsində əməkdaşlıq üzrə görülmüş tədbirlərdə müşahidə edilir. Belə ki, əgər 2021-ci ildə 5 tədris-metodiki vəsait hazırlanmışdırsa, artıq bu rəqəm 8-ə çatmışdır, başqa sözlə bu sahədə 60 % artım olmuşdur. Nəşrlər öz müxtəlifliyi ilə fərqlənirlər: metodik vəsait, toplu, lüğət, kitab, metodik tövsiyə və sair. Habelə bu nəşrlərdə prokurorluğun fəaliyyəti üçün aktual mövzulara toxunulmuşdur (peşə hazırlığının təşkili, üzərində zorakılıq əlamətləri olmayan naməlum insan meyitləri ilə bağlı araşdırma taktikası, media ilə qarışıqlı əlaqələr, uzun müddət bağlı qalmış qəsdən adam öldürmə və ölümlə nəticələnən digər cinayətlər üzrə istintaq təcrübəsi və sair).

 

Tədqiqatların aparılması, vəsaitlərin hazırlanması və elmi-tədqiqat sahəsində əməkdaşlıq

 

 

Bununla belə, hesabat dövründə Mərkəzdən asılı olmayan səbəblərdən bir sıra sahələrdə dəyişməzlik və yaxud azalma halları mövcud olmuşdur. Bu növ sahələrə katiblik funksiyaları, eləcə də dövri mətbu nəşrlərin hazırlanması ilə bağlı Mərkəzin fəaliyyət istiqamətlərini aid etmək olar. Məsələn, Elmi Məsləhət Şurasının iclaslarının və onun tədbirlərinin keçirilməsində, “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının buraxılışlarında, prokurorluğun bülletenlərinin hazırlanmasında dəyişiklik olmamış, Etik Davranış Komissiyasında isə xidməti araşdırma materiallarına baxılma sayı azalmışdır. Digər tərəfdən, sonuncu Komissiyanın icraatının azalması prokurorluq işçilərinin öz davranışlarına daha məsuliyyətlə yanaşmasını göstərir və bunu müsbət hal kimi qiymətləndirmək lazımdır. Eyni zamanda cari ildən başlayaraq, Mərkəzin katibliyi ilə “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin keçirilməsi prokurorluq işçilərinin xidməti vəzifələrinin keyfiyyətli icrasına həvəsinin artmasına xidmət edir.

 

Katiblik funksiyaları və dövri mətbu nəşrlərin hazırlanması

 

 

Mərkəzin digər fəaliyyət sahələrini təhlil edərkən görünür ki, elmi-tədqiqat tədbirlərinin təşkilində və bu kimi tədbirlərdə iştirakda cari ildə müsbət nailiyyətlər əldə edilmişdir.
Belə ki, 2021-ci il ərzində Mərkəz cəmi 2 elmi-tədqiqat tədbiri təşkil etmişdirsə, bu il ərzində müxtəlif sahələri əhatə etmiş bu növ 5 tədbirin (konfrans, dəyirmi masa, viktorina, müsabiqə və sair) təşkilatçısı olmaqla, bu sahədə 150 % artım əldə etmişdir. Bu tədbirdə prokurorluq işçiləri ilə yanaşı, onun veteranları, dövlət qulluqçuları, habelə müxtəlif ali təhsil müəssisələrinin müəllim heyəti və hüquq fakültələrində təhsil alan tələbələri iştirak etmişlər.
Yuxarıda qeyd olunduğu kimi, Mərkəz elmi-tədqiqat sahəsində əməkdaşlığa xüsusi diqqət yetirir, bu cür əməkdaşlığın potensialından faydalanması üçün tərəfdaşları tərəfindən təşkil edilən elmi-tədqiqat tədbirlərində aktiv iştirak edir, orada səslənən fikirlər və məlumatlar Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsində istifadə olunur. Bunun nəticəsidir ki, ilbəil belə tədbirlərdə Mərkəzin işçilərinin onlayn və offlayn iştirak sayı artmaqdadır. Belə ki, 2021-ci ildə bu cür 14 tədbirdə, cari ildə artıq 18 tədbirdə (28 % artım) Mərkəzin işçilərin iştirakı təmin edilmişdir.

 

Elmi-tədqiqat tədbirlərinin təşkili və bu cür tədbirlərdə iştirak

 

 

Həmçinin Baş Prokurorluğun Kitabxanasının, eləcə də onun “Elektron Kitabxana” informasiya sisteminin kitab fondlarının zənginləşdirilməsi Mərkəzin prioritet istiqamətlərindən biridir. Ona görə də Baş Prokurorluğun kitabxanalarına digər mənbələrdən daxil olan nəşrlərlə yanaşı, Mərkəzin işçiləri il ərzində 102 nüsxə ədəbiyyat ianə etmişlər. Bunun nəticəsində Baş Prokurorluğun Kitabxanasının kitab fondunda olan ədəbiyyat sayı 4.512-dən 4.737-dək (5 % artım), “Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemində olan elektron nəşrlərin sayı isə 430-dan 554-dək (29 % artım) artmışdır.

 

Kitabxanaların kitab fondu

 

 

Göstərilənlərlə yanaşı, Mərkəzin fəaliyyətinin təhlili nəticəsində məlum olmuşdur ki, bəzi sahələrdə obyektiv səbəblərdən iş həcminin azalması baş vermişdir. Məsələn, tədris tədbirlərinin artmasına baxmayaraq, “Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sisteminə daxil edilmiş tədbirlərin sayının 1 halda azalması onunla bağlı olmuşdur ki, bu sistem istismara verilərkən onun bazasına 2021-ci ilin məlumatları ilə yanaşı, 2020-ci ilin ikinci yarımili ərzində keçirilmiş tədris tədbirlərinin də məlumatları daxil edilmişdir.