Tacikistan Baş Prokurorluğunun nümayəndə heyəti Elm-Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olub

2022-ci il dekabrın 15-də Baş prokuror Kamran Əliyev və Tacikistanın Baş prokuroru Yusuf Raxmon arasında imzalanmış “2023 – 2024-cü illər üçün Əməkdaşlıq Proqramı”nın icrası məqsədilə Tacikistan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Səfər çərçivəsində 2023-cü ilin may ayının 30-da nümayəndə heyəti Baş Prokurorluğun inzibati bina kompleksində olub. Qonaqlar yeni inşa edilmiş inzibati bina kompleksində yerləşən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə və məşğələlər auditoriyaları, konfrans və iclas zalları, kitabxanalar, kriminalistika və istintaq otaqları ilə tanış olublar.
Tanışlıq çərçivəsində nümayəndə heyətinə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov, şöbə rəisi Nigar Qələndərova və sektor müdiri Oqtay Mirzəyev tərəfindən Azərbaycan Prokurorluğunun fəaliyyət istiqamətləri, peşə hazırlığının artırılmasının təşkili, tədris tədbirlərin növləri və təhsil metodları, bu sahədə istifadə olunan informasiya sistemləri, eləcə də əldə edilmiş müsbət təcrübə barədə ətraflı məlumat verilib və qonaqları maraqlandıran suallar cavablandırılıb.
Tacikistan Respublikası Baş Prokurorluğunun nümayəndə heyətinin üzvləri prokurorluq orqanlarında yaradılmış şərait və görülən işləri yüksək qiymətləndirərək, nümayəndə heyətinin rəhbəri Nasimcon Azimov yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edib.