İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə beynəlxalq müstəvidə əməkdaşlıq davam etdirilir

38 ölkənin üzv olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Beynəlxalq Ticarət Əməliyyatlarında Rüşvətxorluq” İşçi qrupunun sədri Draqo Kos və OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) meneceri Olqa Savranla 7 sentyabr 2022-ci il tarixində Baş Prokurorluğun inzibati binalar kompleksinə səfər etmişlər.
Tədbir çərçivəsində qonaqlarda 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereyası, eləcə də Elm-Tədris Mərkəzinin mühazirə zalı, praktiki və fakültativ məşğələlər auditoriyaları, kriminalistika otaqları ilə tanışlıq zəngin təəssüratlar yaratmışdır.