Dövlət İdarəçilik Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş elmi konfrans keçirib

Dövlət İdarəçilik Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda konstitusion-hüquqi islahatların banisidir” mövzusunda elmi konfrans keçirib
10 mart 2023-cü ildə keçirilmiş bu tədbirdə açılış nitqi ilə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov və  Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov Ulu Öndərin müasir müstəqil dövlətimizin qurulmasında və inkişafında müstəsna xidmətləri, onun zəngin siyasi irsi, dövlət idarəçilik təcrübəsinin əhəmiyyəti, həmçinin Ümummilli Liderin müstəsna xidmətləri ilə əbədilik qazanan ömür yolu barədə ətraflı məlumat verib.
Konfransda Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov “Ümummilli Lider Heydər Əliyevin Naxçıvan diplomatiyası”,  Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Məhkəmə-hüquq islahatları və beynəlxalq standartlar: Heydər Əliyevin hüquq siyasəti kontekstində”, Milli Məclisin deputatı Kamal Cəfərov “Heydər Əliyev və milli təhlükəsizlik məsələləri”, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının vəzifəsini müvəqqəti icra edən Elşad Nəsirov “Azərbaycan Respublikasında hakimiyyət bölgüsü mexanizmlərinin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu”, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli “Heydər Əliyev və Azərbaycanda demokratik dövlət quruculuğu” mövzusunda çıxış edib.
Bundan başqa  Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqları”, DİA-nın Hüquq kafedrasının dosenti Fəxrəddin Nağıyevin “Ümummilli Lider Heydər Əliyevin konstitusiya dərsləri: konstitusiya komissiyasının fəaliyyəti müstəvisində”, Elm-Tədris Mərkəzinin böyük prokuroru İradə Xəlilovanın “Ölüm hökmünün ləğvi yaşamaq hüququnun konstitusion-hüquqi təminatı kimi”, Elm-Tədris Mərkəzinin prokuroru Rəşad Qasımovun “Vətəndaş məmnunluğunun hüquqi dövlət quruculuğunda rolu”, DİA-nın Hüquq kafedrasının müdiri İsaxan Vəliyevin “Milli təhlükəsizliyin konstitusion təminatı”, Hüquq kafedrasının dosenti Samirə Babayevanın “Ulu Öndər Heydər Əliyevin hüquq siyasəti: cinayət hüququ elmi kontekstində”, Prokurorluğun veteranı, Hüquq kafedrasının müəllimi Seyfulla Aslanovun “Cəmiyyətdə sosial ədalətin təmini Ümummilli Lider Heydər Əliyev siyasətinin prioritet istiqaməti kimi” mövzularında məruzələri də maraqla qarşılanıb.