“Davam” Gənclər Hərəkatının nəzdində olan Hüquqşünaslar Klubunun üzvləri ilə görüş

“Davam” Gənclər Hərəkatının nəzdində olan Gənclər Hüquqşünaslar Klubunun Baş Prokurorluqla tanışlığı Elm-Tədris Mərkəzi tərəfindən həyata keçirilmişdir.
Sözügedən Hərəkatın üzvlərinin iştirakı ilə Baş Prokurorluğunun yeni inzibati binasında müvafiq tanışlıq tədbiri keçirilməklə onlara prokurorluğunun fəaliyyəti ilə bağlı ətraflı məlumatların verilməsi təşkil olunmuşdur.

“Davam” Gənclər Hərəkatının əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, ölkəmizdə aparılan islahatlar prosesində fayda verməkdir. Həmin hərəkatın nəzdində olan “Davam” Gənclər Hüquqşünaslar Klubunun məqsədi həm gənc hüquqşünaslar, həm də qeyri-hüquq ixtisasında olan gəncləri Azərbaycanın hüquq sistemi ilə tanış etmək və onları bu sahə ilə bağlı maarifləndirməkdir.
Qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş fotogüşə və kitabxana ilə tanış olmuşlar. Baş Prokurorluğun 2021-ci ilin fevral ayında istifadəyə verilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş yeni inzibati binada yaradılmış şəraitlə tanış olmuşdur. Eyni zamanda, qonaqlar 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi də ziyarət etməklə Ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti və yaradıcılığını özündə əks etdirən və bir neçə xarici dildə çap olunmuş kitablar tədbir iştirakçılarında zəngin təəssürat yaratmışdır.