KİTABXANA FONDU

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin kitabxana fondu – 2020

Mərkəzin Kitabxanasında İRBİS-64 “Kitabxanaların Avtomatlaşdırılmış Sistemi” proqramı fəaliyyətini davam etdirib. Mərkəzin kitab fondunu özündə əks etdirən mətbu nəşrlər barədə məlumatlar elektron kataloq siyahısına daxil edilmişdir. Kitabxanada çap məhsulları müvafiq sahələr üzrə bölünərək ayrı-ayrı şöbələrdə yerləşdirilmişdir. 2020-ci ildə kitabxananın ədəbiyyat fondu kitablarla zənginləşdirilmişdir. Kitab fondunda milli və xarici monoqrafiyalar, dərs vəsaitləri, metodiki vəsaitlər, hüquqi və bədii ədəbiyyatlar vardır. Hazırda kitabların sayı 3.717 ədəddir və onların bir hissəsi artıq Mərkəzin yeni inzibati binasına köçürülmüşdür.
Tədris prosesinin səmərəsinin artırılması məqsədi ilə Mərkəzin Kitabxanasında yaradılan “Prosessual sənədlərin nümunələri” fondu müvafiq materiallarla (cinayət işi, ittiham aktı, istintaq hərəkətləri və prosessual məcburiyyət tədbirləri barədə qərarlar, onların protokolları və digər prosessual sənədlərin surətləri) zənginləşdirilmişdir.