Risk göstəricilərinin müəyyən edilməsi, vahid təcrübənin formalaşdırılması, eləcə də hüquqi aktlar və sənədlər üzrə rəy və təkliflərin verilməsi – 2021

 Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 266 və 267-ci bəndlərinə uyğun olaraq Elm-Tədris Mərkəzi vahid təcrübənin formalaşdırılmasında iştirak edərək, prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər qəbul edir və onları ümumiləşdirilir. Mərkəz prokurorluğun institusional və hüquqi bazalarının təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmiş, müxtəlif sənədlərin təkmilləşdirilməsi üçün elmə və hüquqa əsaslanan təkliflər vermiş, onlara münasibətini bildirmişdir. Göstərilən işlər sırasında 2021-ci il ərzində görülmüş aşağıdakıları misal kimi göstərmək olar:

  • Normativ hüquqi və normativ xarakterli aktların “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.04.2021-ci il tarixli 2560 №-li Sərəncamına uyğunlaşdırılması üzrə təkliflər verilmiş;
  • Özbəkistan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırlanmış “2022 – 2023-cü illər ərzində Özbəkistan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq Proqramı”nın layihəsinə münasibət bildirilmiş;
  • Türk Şurasına üzv ölkələrin baş prokurorlarının Şurasının təsis edilməsi haqqında Anlaşma Memorondumu”nun layihəsinə təkliflər verilmiş;
  • Mərkəzin ştatında mövcud olan inzibati və yardımçı dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatların layihələri hazırlanmış;
  • Mərkəzin fəaliyyətinin qiymətləndirilməsi üçün əsas götürülən statistik göstəricilər (metriklər) müəyyən edilmiş;
  • “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun “İşin Təşkili Qaydaları”na əlavə və dəyişiklərin edilməsinə dair” Respublika Hərbi Prokurorluğunun Kollegiyasının qərar layihəsinə münasibət bildirilmiş;
  • Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “İşin Təşkili Qaydaları”nda dəyişiklərin edilməsi ilə əlaqədar irəli sürülmüş 6 təklifdən 5-i məqbul hesab edilmiş;
  • “Türk Ədliyyə Akademiyaları Birliyi”nin nizamnamə layihəsinə münasibət bildirilmiş;
  • Azərbaycan Respublikasının prokurorluq orqanlarında “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrin keçirilməsinə dair təlimat layihələrinə münasibət bildirilmiş;
  • Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarələrinin, eləcə də tabe rayon (şəhər) prokurorluqların nümunəvi yazılı hesabat formalarının layihələri hazırlanmış və sair.

Hüquqi aktlar və sənədlər üzrə rəy və təkliflərin verilməsi

          Mərkəzə rəy və təkliflərin verilməsi üçün hüquqi aktlar və sənədlər də daxil olur. Belə ki, 2021-ci il ərzində Mərkəzə 700-dan artıq müraciət daxil olmuşdur. Mərkəz milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə digər dövlət orqanlarının təqdim etdikləri layihələr üzrə konkret təkliflərini irəli sürmüş, elmə və hüquqa əsaslanan münasibətini bildirmişdir. Misal kimi münasibət bildirilərək, təkliflər verilmiş aşağıdakı sənədləri göstərmək olar:

  • Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun tətbiqi ilə bağlı CM və İXM-də, eləcə də əlaqəli fərmanlarda dəyişiklik edilməsi barədə qanun və fərman layihələri;
  • Azərbaycan Dəmir Yolları QSC-i tərəfindən hazırlanmış “Dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydaların pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı qaydaları”nın layihəsi;
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi;
  • AMEA Hüquq və İnsan Haqları İnstitutunda hazırlanmış “Mühakimə icraatında korrupsiyanın alqoritmi” adlı layihə;
  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələri;
  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dövlət qurumlarının zəruri olmayan çap məhsullarının tədricən alternativ resurs qismində yaradılması nəzərdə tutulan “e-qəzet” və “e-jurnal” platformalarına keçidinə dair məktubu;
  • Daxili İşlər Nazirliyindən daxil olmuş “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun və fərman layihələri;
  • Avropa Şurasının Katibliyinin “Avropa Şurasının 2018 – 2021-ci illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının Tərəqqi İcmalı Hesabatının” layihəsi;
  • Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasından daxil olmuş CM və CPM-də, habelə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihələr;
  • Açıq hökumətin təşviqinə dair 2020 – 2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar hazırlanmış qanun layihələri;
  • Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi;
  • Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi;
  • Nazirlər Kabinetindən daxil olmuş “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi;
  • Ədliyyə Nazirliyindən daxil olmuş “İctimai iştirakçılıq haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi;
  • Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi;
  • Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” qanun layihəsi;
  • İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi;
  • Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış Cinayət, Cinayət-Prosessual məcəllələrdə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Banklar haqqında” qanunlarda,  əlaqəli fərmanda dəyişikliklər edilməsi barədə layihələr;
  • Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanunun tətbiqi ilə bağlı layihələr və sair.