Cinayət təqibi zamanı azadlıq hüququna hörmətlə yanaşılması diqqət mərkəzindədir

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən cari ilin may ayının 23-dən 25-dək tabe rayon (şəhər) prokurorluqlarının, habelə daxili işlər orqanlarının ümumilikdə 51 əməkdaşı üçün “Cinayət təqibi ilə bağlı azadlıq hüququnun məhdudlaşdırılması zamanı müasir beynəlxalq təcrübənin nəzərə alınması” mövzusunda kurs keçirilib.
Müasir informasiya-kommunikasiya texnologiyalarından, eləcə də təhlil-tədqiqat materiallarından geniş istifadə etməklə keçirilmiş bu tədbirə Bakı şəhərində və Abşeron rayonunda qulluq keçən işçilər Mərkəzin inzibati binasında, digər ərazilərdə qulluq keçən işçilər isə internet üzərindən “Zoom” proqramı vasitəsi ilə qoşulub.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov tədbiri açılış edərək, dinləyicilərə kursun məqsədi və vəzifələri barədə məlumat verilib.
Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərlinin “Heydər Əliyev və milli dəyərlər” adlı çıxışı ilə başlanan kurs çərçivəsində Mərkəzin rəis müavini Talıb Cəfərov tərəfindən “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə cinayət prosesində tutulmanın əsasları, onun tətbiqində yol verilən nöqsan və pozuntular” mövzusunda təqdimat keçirib. 
Mərkəzin böyük prokuroru İradə Xəlilova, Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova və şöbə prokuroru Məhərrəm Əzizbəyov, eləcə də Mərkəzin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Rəşad Qasımov tərəfindən həbs qətimkan tədbirinin tətbiqi və həbsdə saxlanılma müddətinin uzadılması standartları tədris edilib.
Kurs zamanı çıxış etmiş Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin böyük prokuroru Çingiz Əli-zadə və Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Ruslan Ağayev dinləyicilərin diqqətini ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə, ev dustaqlığında saxlanılma müddətinin uzadılması standartlarına yönəldiblər.
Həmçinin Tədris proqramına əsasən qətimkan tədbirlərin tətbiqində yol verilən çatışmamazlıqlara, onların düzgün tətbiq olunmamasının mənfi nəticələrinə və Avropa Şurası Nazirlər Komitəsinin 8-9 mart 2022-ci il tarixli qətnaməsindən irəli gələn neqativ hüquq üzrə öhdəliklərə toxunulub, bu kimi pozuntuların qarşısının alınması yolları ətraflı izah edilib.