Maarifləndirmə tədbirləri – 2021

Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 23.32-ci bəndinə əsasən Elm-Tədris Mərkəzi hüquqi bilikləri təbliğ edir, maarifləndirmə işlərini həyata keçirir, bu sahədə əlaqələr qurur. Bu məqsədlə Mərkəz tirajı 700-dən artıq olan, prokurorluq qurumları, dövlət orqanları və elmi-təhsil müəssisələri arasında paylanılan “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalın, eləcə də digər dövri nəşrlərin imkanlarından geniş istifadə etmişdir. Məsələn, 2021-ci ildə ərzində çap edilmiş “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalın nömrələrində foto və illüstrasiyalarla zəngin olan Mübariz Əhmədovun “İbtidai araşdırma zamanı müdafiəçinin axtarış, şəxsi axtarış və götürmə istintaq hərəkətlərində iştiraklarının aktual problemləri”, Yelena Qasımovanın “Ermənistanın 27 ildən artıq müddətdə torpaqlarımızı işğal altında saxlaması həmin ərazilərdə urbisid aktlarının törədilməsi ilə nəticələnmişdir”, Talıb Cəfərovun “Hərbi münaqişələr zamanı mülki əhalinin qorunması və insan hüquqlarının müdafiəsi” və Nigar Əskərovanın “Защита прав женщин в произведениях Низами Гянджеви” adlı məqalələri dərc edilmişdir. Həmçinin həmin jurnalda dərc edilməsi üçün Milli Məclisin 05.11.2021-ci il tarixli amnistiya qərarının əhəmiyyətini özündə əks etdirən maarifləndirici xarakter daşıyan məqalə hazırlanmışdır.
“Qanun və Hüquq” jurnalında dərc olunması üçün Nigar Qələndərli tərəfindən “Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərin qiymətləndirilməsində və istintaqında prokurorluq orqanlarının rolu” adlı məqalə hazırlanmışdır. 2021-ci ildə təsis edilmiş “Azərbaycan Prokuroru” jurnalının ilk nömrəsində isə Nigar Əskərovanın “Özünü öldürmə həddinə çatdırma cinayəti: bəzi psixoloji aspektlər” adlı məqaləsi dərc edilmişdir.
Bundan başqa, Bas prokurorun 29.07.2021-ci il tarixli 09/12 №-li Sərəncamına əsasən cari ilin avqust ayından başlayaraq ayda iki dəfə olmaqla, müxtəlif aktual mövzuları əhatə edən silsilə tədris-maarifləndirmə tədbirləri həyata keçirilmiş, təlimlərdə dinləyici qismində yuxarı və tabe prokurorluqların çox saylı işçiləri iştirak etmişlər.
Həmçinin milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirilmə məqsədilə təşkil edilən tədbirlərdə iştirak etmiş prokurorluq işçiləri sırasında Mərkəzin əməkdaşları də olmuşlar. O cümlədən:

  • 11.08.2021-ci ildə “Nizami Gəncəvi ili” çərçivəsində Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Nizaminin süjet və obrazları” adlı sərgiyə ziyarətdə Nigar Əskərova və İradə Xəlilova;
  • 22.10.2021-ci ildə Bakı Expo Mərkəzində təşkil olunmuş “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” adlı birinci Azərbaycan beynəlxalq sərgisinə ziyarətdə Sarıtel Əliyeva və Nigar Əskərova;
  • 02.11.2021-ci ildə Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunmuş “Arşın mal alan” operettasında tamaşaçı qismində Nigar Qələndərli və Çingiz Əli-zadə;
  • 06.11.2021-ci ildə Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “YAŞAT” Fondunun “Zəfər” Yarmarkasına səfərdə Nigar Əskərova və Ruslan Ağayev;
  • 23.11.2021-ci ildə Heydər Əliyev Sarayında nümayiş olunmuş “Bir bax, min yaşat” adlı fərdi fotosərgiyə ziyarətdə Nigar Qələndərli iştirak etmişlər.