Türkiyə nümayəndə heyəti Baş Prokurorluğun fəaliyyəti ilə tanış olub

2026-cı ilin 6–7 aprel tarixlərində Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə görüşdə iştirak etmiş, eyni zamanda müxtəlif istiqamətlər üzrə bir sıra işgüzar görüşlər keçirilmişdir.
Bununla yanaşı, qonaqlar Azərbaycan Respublikası Baş Prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olmuş, qurumun infrastrukturu, o cümlədən kitabxanası ilə tanışlıq keçirmişlər.
Səfər çərçivəsində keçirilən görüşlər qarşılıqlı etimad və əməkdaşlıq ruhunda baş tutmuş, hüquq sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.