Milli Aviasiya Akademiyasının tələbələri ilə görüş keçirilib
2026-cı il mayın 5-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Milli Aviasiya Akademiyasının tələbələri ilə görüş keçirilib.
Görüş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü, habelə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar gənc mütəxəssislərlə keçirilən silsilə tədbirlər çərçivəsində təşkil edilib.
Tədbirdə tələbələr üçün hüquq sahəsində aktual mövzular üzrə mühazirələr və təlimlər keçirilib, prokurorluq orqanlarının fəaliyyəti, hüquqi maarifləndirmə və peşəkar hazırlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Daha sonra tələbələr Baş Prokurorluğun Kriminalistika laboratoriyası, Memorial Qalereyası, Elm-Tədris Mərkəzi, kitabxanası və digər struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olublar.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində başa çatıb.

