Bakı Dövlət Universitetində keçirilən konfransda Baş Prokurorluğun nümayəndə heyəti iştirak etmişdir

2026-cı il aprelin 10-da Bakı Dövlət Universitetində Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimovun 70 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.
Konfransda hüquq ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, şöbə rəisi Nigar Qələndərli, Baş Prokurorluğun böyük köməkçisi Teymur Qarayev, Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəisinin müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Həsənzadə iştirak etmişlər.
Konfrans çərçivəsində müxtəlif mövzularda çıxışlar dinlənilmiş, hüquq elminin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin yubilyara ünvanladığı təbrik müraciəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev tərəfindən səsləndirilmişdir. Fazil Həsənəliyev çıxışında professor Kamil Səlimovun hüquq elminin, xüsusilə kriminalistika sahəsinin inkişafında müstəsna xidmətlərini qeyd etmiş, onun çoxillik elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək yubiley münasibətilə səmimi təbriklərini çatdırmışdır.
Sonda professor Kamil Səlimovun hüquq elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmiş, ona gələcək fəaliyyətində uğurlar arzulanmışdır.