Baş Prokurorluqda gənc hüquqşünaslarla görüş keçirilib
18 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Azərbaycan Respublikasının Baş Prokurorluğuna səfər etmişlər.
Səfər zamanı gənc hüquqşünaslarla görüş keçirilmiş, onlar prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmuş, prokurorluğun əsas funksiyaları, fəaliyyət istiqamətləri və müasir çağırışlar barədə ətraflı məlumatlandırılmışlar.
Daha sonra tələbələr Baş Prokurorluğun kriminalistika laboratoriyası, kitabxanası, memorial qalereyası, dindirmə otaqları, konfrans zalları, eləcə də informasiya proqram təminatı ilə yaxından tanış olmuşlar.
Eyni zamanda ictimai maarifləndirmə məqsədilə dələduzluq, erkən nikah və məişət zorakılığı kimi həssas mövzulara həsr olunmuş rəqəmsal məzmunlu təqdimatlar nümayiş etdirilmişdir.

