Mərkəzin əməkdaşı Polis Akademiyasında mühazirə ilə çıxış edib

2026-cı il iyunun 4-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında kursantlar üçün “Cinayət işinin başlanması” mövzusunda mühazirə keçirilib.
Mühazirə ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Elşən Abdullayev çıxış edib. Tədbirdə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Murad Əliyev də iştirak edib.
Çıxış zamanı cinayət işinin başlanmasının hüquqi əsasları, cinayət təqibinin başlanması mərhələsində qəbul edilən prosessual qərarlar, cinayət haqqında məlumatların yoxlanılması qaydaları, bu sahədə mövcud qanunvericiliyin tələbləri, habelə istintaq və təhqiqat orqanlarının fəaliyyətində qarşıya çıxan aktual məsələlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövzu üzrə nəzəri biliklərlə yanaşı, praktik fəaliyyətdə rast gəlinən hallara dair nümunələr kursantların diqqətinə çatdırılıb.

Mühazirə zamanı iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.