Baş Prokurorluqda “Elektron sübutlar və müasir kriminalistika” mövzusunda təlim keçirilib
17.04.2026-cı il tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq əməkdaşlarının informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Elektron sübutlar və müasir kriminalistika: prokurorluq əməkdaşları üçün praktik yanaşmalar” mövzusunda növbəti təlim təşkil olunmuşdur.
Təlim çərçivəsində “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın icrası, rəqəmsal kriminalistika və elektron sübutların cinayət işləri üzrə toplanması və saxlanılması, kibertəhlükəsizliyin təmin edilməsində süni intellekt texnologiyalarının tətbiqi, bu sahədə hüquqi tənzimləmə və prokurorluq nəzarətinin aktual məsələləri, həmçinin süni intellekt vasitəsilə kibercinayətlərin aşkarlanması və araşdırılması zamanı rəqəmsal sübutların hüquqi qiymətləndirilməsi mövzuları üzrə çıxışlar edilmişdir.
Eyni zamanda, açıq internet məkanında və sosial şəbəkələrdə mövcud risklər, informasiya təhlükəsizliyi və hüquqi məsuliyyət məsələlərinə dair dinləyicilərə ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, bu istiqamətdə bilik və bacarıqların daha da təkmilləşdirilməsi məqsədilə növbəti təlimlərin keçirilməsi nəzərdə tutulur.

