Polis Akademiyasında prokurorluq fəaliyyəti və kibertəhlükəsizlik mövzularında təlim keçirilib

13 aprel 2026-cı il tarixində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında kursantlar üçün prokurorluq fəaliyyətinin əsas istiqamətləri və müasir çağırışlar mövzusunda təlim təşkil olunmuşdur.
Təlimdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli mühazirə ilə çıxış edərək prokurorluq orqanlarının fəaliyyəti, cinayət təqibi, prosessual rəhbərlik və istintaqa nəzarətin əsas istiqamətləri barədə kursantlara ətraflı məlumat vermişdir.
Daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Qədir Məmmədov çıxış edərək kibertəhlükəsizlik sahəsində mövcud təhdidlər, informasiya mühitində rast gəlinən risklər, eləcə də dini radikalizmin kiberməkanda yayılması ilə bağlı aktual məsələlər barədə məlumat vermişdir. O, bu istiqamətdə hüquq-mühafizə orqanlarının qarşısında duran vəzifələr və görülən tədbirlər barədə də kursantları məlumatlandırmışdır.
Təlim zamanı iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.