“Cinayətkarlıqla mübarizədə nəzəri və praktiki mübadilə” mövzusunda seminar keçirilmişdir

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin dəstəyi ilə 7 may 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Cinayətkarlıqla mübarizədə nəzəri və praktiki mübadilə” mövzusunda seminar keçirilmişdir.
Tədbirdə Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Xaqani Süleymanlı çıxış etmişdir.
Seminarda müasir istintaq metodları, klassik istintaq yanaşmalarından rəqəmsal analitika mərhələsinə keçid, elektron sübutların toplanması və təhlili, müasir istintaq prosesində qarşıya çıxan praktiki problemlər müzakirə edilmişdir. Həmçinin rəqəmsal alətlərdən istifadənin istintaqın effektivliyinə təsiri və bu sahədə beynəlxalq təcrübə barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

İnteraktiv formatda keçirilən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılmış və mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.