Həsənəliyev Fazil Əsgər oğlu
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi
Həsənəliyev Fazil Əsgər oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Sirab kəndində anadan olmuş, 1992-ci ildə Bakı Dövlət Universitetini (fərqlənmə ilə) hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 21.09.1992-ci il tarixdən işə qəbul olunaraq Naxçıvan Muxtar Respublikası Babək rayon prokurorluğunun böyük müstəntiqi, 30.09.1992-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər prokurorluğunun baş müstəntiqi vəzifəsi üzrə stajor təyin edilmiş, 20.09.1993-cü il tarixdən Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi, 03.11.1994-cü il tarixdən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin böyük müstəntiqi, 27.03.1995-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi, 13.07.2001-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi, 30.06.2005-ci il tarixdən Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinin rəisi, 30.12.2007-ci il tarixdən Bakı şəhər prokurorunun birinci müavini, 24.11.2009-cu il tarixdən Bakı şəhər prokurorunun müavini, 30.12.2014-cü il tarixdən Gəncə şəhər prokuroru, 12.10.2019-cu il tarixdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi vəzifələrində işləmiş, 19.06.2025-ci il tarixdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2020-ci il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Həsənəliyev Fazil Əsgər oğlu Azərbaycan Respublikası Prezidentinin 27.09.2008-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 28.09.2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə, Azərbaycan Respublikasının Baş prokurorunun 04.11.2020-ci il tarixli əmri ilə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var.


