ŞURANIN TƏRKİBİ

Behbudov Qəhrəman Novruz oğlu

Naxçıvan Dövlət Universiteti, Xüsusi Hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent


Behbudov Qəhrəman Novruz oğlu 21 sentyabr 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. 1981-ci ildə Şahbuz Rayon orta məktəbini bitirmiş, 1987–1992-ci illərdə Naxçıvan Dövlət Universitetində Tarix və əlavə hüquq ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Əmək və Məşğulluq Mərkəzində hüquqşünas kimi başlamışdır. 1994-cü ildə Naxçıvan Dövlət Universitetində kabinə müdiri, 1999-cu ildə isə həmin universitetin Hüquq fənləri kafedrasında müəllim vəzifəsində çalışmışdır.
1997-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna dissertant kimi qəbul olunmuş, 2004-cü ildə “Həsən bəy Zərdabinin siyasi-hüquqi görüşləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır.
2005-ci ildə Naxçıvan Dövlət Universitetində Hüquq fənləri kafedrasının baş müəllimi, 2006-cı ildə hüquq məsləhətçisi vəzifəsində çalışmış, 2016-cı ildən etibarən isə həmin kafedranın müdiri təyin olunmuşdur. 2018-ci ildə universitetin dosenti seçilmişdir. 3 sentyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetində aparılan struktur dəyişikliyi ilə əlaqədar olaraq Xüsusi Hüquq kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur.
Hazırda “İnsan hüquqları”, “Əmək hüququ”, “Dövlət və hüquqi təlimlər tarixi” fənlərini tədris edir. Eyni zamanda “XIX əsrin axırı – XX əsrin əvvəllərində Azərbaycanda siyasi-hüquqi fikrin inkişafı” mövzusunda doktorluq dissertasiyası üzərində elmi araşdırmalar aparır.
Qəhrəman Behbudov 4 monoqrafiya və dərs vəsaitinin, 10 metodiki göstərişin, 80-dən artıq elmi məqalənin müəllifidir. Onun 15-dən çox məqaləsi nüfuzlu, impact faktorlu beynəlxalq elmi jurnallarda nəşr olunmuşdur. Bir sıra xarici ölkələrdə keçirilmiş beynəlxalq elmi konfranslarda iştirak etmiş, sertifikat və diplomlarla təltif olunmuşdur.

Ailəlidir, iki övladı vardır.