ŞURANIN TƏRKİBİ

İbrahimov Azər Oqtay oğlu

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi


İbrahimov Azər Oqtay oğlu 23 avqust 1968-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur.
01 avqust 1986-cı il tarixdə SSSR-i Silahlı Qüvvələrin sıralarına daxil olaraq həmin tarixdən SSSR-i MN-in hərbi institutunun hərbi hüquq fakültəsinə daxil olmuşdur. 1991 -ci ildə oranı bitirib Zaqafqaziya hərbi dairəsinin 4-cü Ümumqoşun Ordusunun Hərbi Prokurorluğunun müstəntiqi, müstəntiq kriminalisti, 1992-ci ilin avqust ayının 18-dən Azərbaycan Baş Prokurorluğunun sıralarına daxil olub həmin tarixdən Bakı Hərbi Prokurorluğunda böyük müstəntiq vəzifələrində xidmət etmişdir.
1993-cü ildə yaradılmış Şuşa şəhəri və Laçın rayonunun işğal olunması ilə əlaqədar aparılan cinayət işinin istintaq qrupunun üzvü olmuşdur. 1994-cü ilin fevral ayından 1995-ci ilin dekabr ayınadək Azərbaycan Respublikası Sərhəd Qoşunları üzrə hərbi prokurorunun böyük köməkçisi, 1995-ci ilin dekabr ayından 2003-cü ilin mart ayınadək Sumqayıt hərbi prokurorunun böyük köməkçisi vəzifəsində çalışmışdır.
2003-cü ilin mart ayından 2017-ci ilin iyul ayınadək Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, 2017-ci ilin iyul ayından 2022-ci ilin dekabr ayınadək Dövlət Sərhəd Xidməti İnspektorluğunun rəisi, 2022-ci ilin dekabr ayından 2024-cü ilin avqust ayınadək Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi, 2024-cü ilin oktyabr ayından 2025-ci ilin aprel ayınadək Dövlət Sərhəd Xidməti rəisinin hüquq işləri üzrə köməkçisi vəzifələrində xidməti fəaliyətimi davam etdirmişdir.
2025-ci ilin aprel ayından hal-hazıradək Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 28 avqust 2013-cü ildə “Əməkdar Hüquqşünası” fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 16 avqust 2018-ci ildə general-mayor hərbi rütbəsi verilmişdir.
Ailəlidir iki övladı var.