FƏALİYYƏTİN TƏHLİLİ

2024 və 2025-ci illər ərzində görülmüş işlərə dair müqayisəli təhlil

Fəaliyyət istiqaməti / görülmüş tədbirlər

2024

2025

Fərq

%

Təşkilatı məsələlər

1.

Baş Prokurorluğun Fəaliyyət planlarında nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

9

9

stabil

stabil

 

2.

Elm-Tədris Mərkəzinin İş planında nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

12

17

+5

41

 

3.

Digər proqram və planlarda nəzərdə tutulmuş və icra edilmiş tədbirlər

26

27

+1

3

 

Tədris sahəsində fəaliyyət

4.

Prokurorluğa qulluğa qəbul olunmağa namizədlər üçün icbari təlimin və stajorluq keçən işçilər üçün hazırlıq kursunun təşkili

3

3

stabil

stabil

 

5.

Peşə hazırlığının artırılması üzrə tədris tədbirlərinin təşkili

21

29

+8

38

 

6.

Prokurorluq işçilərinin digər qurumların tədris tədbirində iştirakı

14

15

+1

7

 

Metodiki iş

7.

Elmi-nəzəri və praktiki təhlil və tədqiqatın aparılması

8

9

+1

12

 

8.

Tədris-metodiki vəsaitin hazırlanması

6

6

stabil

stabil

 

9.

“Azərbaycan Prokurorluğu” jurnalının nəşrə hazırlanmış buraxılışları və digər mətbu nəşrlər üzrə rəy verilməsi

4/4

4/83

stabil/+4

stabil/100

 

10.

“Prokuror nəzarəti və prosessual rəhbərlik təcrübəsi” adlı elmi-praktiki jurnalın buraxılışı

-

13

+1

100

 

11.

Baş Prokurorluğun Kitabxanasının kitab fondunda olan ədəbiyyatın sayı

5.400

5.5753

+175

3

 

12.

Elmi-tədqiqat tədbirlərin, o cümlədən konfrans və seminarın təşkili

13

203

+7

53

 

13.

Elmi-tədqiqat tədbirlərində, o cümlədən konfrans və seminarda iştirak

27

343

+7

25

 

Katiblik funksiyaları

14.

Elmi Məsləhət Şurasının keçirilmiş iclası

3

2

-1

33

 

15.

Etik Davranış Komissiyasında baxılmış xidməti araşdırma materialları

1

6

+5

500

 

16.

Prokurorluq orqanlarında ilin ən yaxşı prokuroru, müstəntiqi və dövlət ittihamçısı müsabiqələrinin təşkili

2

3

+1

50

 

İnformasiya kommunikasiya texnologiyalarınnın tətbiqi

17.

“Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemində olan tədbirlərin sayı

70

90

+20

28

 

18.

“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemində olan elektron nəşrlərin sayı

779

894

+115

14

 

19.

Elm-Tədris Mərkəzinin vebsaytında olan məlumatların sayı

495

640

+145

29

 

 

T Ə H L İ L

Mərkəzin 2025-ci il üzrə göstəricilərini 2024-cü il göstəriciləri ilə müqayisə etdikdə məlum olur ki, idarənin fəaliyyəti ümumən stabil və qənaətbəxş olmuş, parametrlərin əksəriyyəti üzrə artım müşahidə edilmişdir.
Belə ki, Baş Prokurorluğun Fəaliyyət və İş planlarında, həmçinin dövlət proqramlarında və milli fəaliyyət planlarında nəzərdə tutulmuş tədbirlərin sayı keçən il 21 olmuşdursa, 2025-ci ildə 26 belə tədbirin icrası təmin edilərək 23 % artım əldə edilmişdir. Dövlət proqramlarında və milli fəaliyyət planlarında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətində də 3 % artım müşahidə edilmişdir. Cari ildə görülmüş işlər nəticəsində Mərkəzin tədris, metodika, kitabxana, informasiya texnologiyaları üzrə fəaliyyət istiqamətlərində nailiyyətlər əldə edilmişdir.

* * *

 

 

Mərkəzin tədris sahəsində fəaliyyətinin təhlilindən bəlli olur ki, hesabat dövründə ümumi təşkil edilmiş tədris tədbirlərin ümumi sayı 33 % artmışdır. Tədris tədbirlərinə cəlb edilmiş dinləyicilərin sayında isə ümumilikdə 21 % artım müşahidə edilir. Belə ki, 2024-cü ildə Mərkəzin tədbirlərində dinləyici qismində 2295 şəxs iştirak etmişdirsə, 2025-ci ildə belə tədbirlərə 2794 şəxs cəlb edilmişdir. Prokurorluq işçiləri ilə yanaşı, Prezidentin Təhlükəsizlik Xidmətinin, Ədliyyə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Müdafiə, Mədəniyyət, Kənd Təsərrüfatı və Naxçıvan Muxtar Respublikasının Təhsil nazirliklərinin, həmçinin Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Hesablama Palatasının, eləcə də Milli Aviasiya Akademiyasının və media subyektləri nümayəndələrinin təlimlərdə iştirakı dinləyici sayında artıma müsbət təsir göstərmişdir. Digər qurumların əməkdaşlarının iştirakı üzrə göstərici 2024-cü ildə 655 nəfər olmuşdursa, cari ildə bu göstərici 1224 nəfər təşkil etmişdir.
Növbəti müsbət tendensiya tədris mövzularının və mühazirəçilərin seçilməsi ilə bağlı olmuşdur. Belə ki, hesabat ilində tədris mövzuları seçilərkən daha çox praktik mövzulara yer verilməklə yanaşı, mühazirəçilər seçilərkən də hüquq mühafizə orqanlarında uzun müddət praktik təcrübə keçmiş, eyni zamanda hazırda yüksək vəzifələrdə çalışan şəxslərə üstünlük verilmişdir ki, burada məqsəd hazırda ölkə üzrə qlobal və aktual hüquqi mövzuların diqqətə çatdırılması olmuşdur. Belə ki, Milli Məclisin deputatlarının, Vəkillər Kollegiyası sədrinin, Baş Prokurorluğun idarə rəislərinin və rəis müavinlərinin, rayon prokurorlarının, məhkəmə sədrlərinin, Konstitusiya və Ali məhkəmələrin hakimlərinin, məhkəmə aparat rəhbərinin, hüquq-mühafizə orqanlarının təlim-tədris müəssisələrinin rəhbər vəzifəli şəxslərinin, “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin şöbə rəislərinin və qeyri-hökumət təşkilatı rəhbərlərinin təqdim etdiyi aktual mühazirələr dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.
Eyni zamanda, Mərkəz yerli və xarici tərəfdaşların təşkil etdiyi tədris tədbirlərinə önəm verərək, Baş Prokurorluğun struktur qurumlarının, o cümlədən Mərkəzin işçilərinin belə tədbirlərdə  iştirakına dəstək vermiş və belə tədbirlərdə iştirak sayında 73 % artım müşahidə edilmişdir. Onların arasında xaricə təlim səfərləri və Beynəlxalq Prokurorlar Assosiasiyasının portalında təşkil edilən vebinar təlimlər xüsusi yer tutmuşdur.

* * *

 

 

Mərkəzin metodik fəaliyyətinin təhlili göstərir ki, tədris-metodiki vəsaitlərin hazırlanmasında stabillik,elmi-nəzəri və praktiki tədqiqatın aparılmasında 12 %, rəylərin verilməsində 5 % artım müşahidə edilmişdir.
“Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 4 buraxılışı, “Prokuror nəzarəti və prosessual rəhbərlik təcrübəsi” adlı elmi-praktiki jurnalın 1 buraxılışı dərc olunmuşdur. “Prokuror nəzarəti və prosessual rəhbərlik təcrübəsi” adlı elmi-praktiki jurnal dövriyyəyə yeni daxil olduğundan mətbu nəşrlərin sayında 25% artım müşahidə olunmuşdur. 

Müsbət tendensiya elmi-praktiki tədbirlərin təşkilində və bu cür tədbirlərdə iştirakla bağlı da müşahidə edilmişdir. Belə ki, 2024-cü ildə Mərkəz 13 elmi-praktiki tədbir keçirmişdirsə, 2025-cü ildə bu cür tədbirlərin sayı 53,8 % artaraq, 20 elmi-praktiki tədbirin təşkilatçısı olmuşdur. 2024-cü ildə Mərkəzin əməkdaşları başqa qurumlarının elmi-praktiki 27 tədbirində iştirak etdiyi halda, cari il ərzində bu cür 33 tədbirə dəvətli olmuşlar. Bu sahədə 22 % fəallığın artımının səbəbi elmi-tədqiqat sahəsində əməkdaşlıq üzrə Mərkəzin əlaqələrinin artması, müvafiq memorandumların imzalanması olmuşdur.

* * *

 

 

Baş Prokurorluq tərəfindən dərc edilən kitabların və mətbu nəşrlərin dövlət qurumları, məhkəmə və prokurorluq orqanları, ali təhsil müəssisələri, həmçinin veteranlar arasında paylanılmasına, Elmi-Məsləhət Şurasının üzvlərinə verilməsinə, Qarabağ Universitetinə və Baş Prokurorluğun qonaqlarına hədiyyə edilməsinə baxmayaraq, hesabat dövründə Baş Prokurorluğun kitabxana fondunun zənginləşdirilməsi davam etmiş, ədəbiyyatın sayı 5.400-dən 5.575-ə çatmışdır. Hesabat dövründə Mərkəz informasiya kommunikasiya texnologiyalarının tətbiqi sahəsində də müsbət nəticələr əldə etmişdir. Belə ki, ilin əvvəlinə olan göstəricilərlə müqayisədə hesabat dövründə “Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemində olan elektron nəşrlərin sayı 779-dan 894-dək (artım 14 %), Elm-Tədris Mərkəzinin vebsaytında olan məlumatların sayı 495-dən 640-dək (artım 29 %), “Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemində olan tədbirlərin sayı isə 70-dən 90-dək (artım 28 %) çatdırılmışdır.