ŞURANIN TƏRKİBİ

Abuzərli Elçin Natiq oğlu

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin rəisi


Abuzərli Elçin Natiq oğlu 28 mart 1986-cı ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2003-cü ildə orta məktəbin 11-ci sinifini bitirmişdir.
Həmin ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 2007-ci ildə bakalavr pilləsini bitirmişdir.
2007-2008-ci illərdə Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuşdur.
22 iyul 2008-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı, 2011-ci ildə İdarənin müstəntiqi, 2012-ci ildə İdarənin baş müstəntiqi, 2020-ci ildə İdarə rəisinin müavini (rəis vəzifələrini icra edən), 2021-ci ildə İdarənin rəisi vəzifəsinə təyin edilmişdir. Ədliyyə polkovnik-leytenantı hərbi rütbəsindədir.
E.N.Abuzərli 2 halda Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Vətən uğrunda», «Hərbi Xidmətlərə görə», 6 halda Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən «Hərbi xidmətdə fərqlənməyə görə III, II, l» medalları və «Fəxri Fərman»larla təltif edilmişdir.
Ailəlidir, 2 övladı var.