MƏTBU NƏŞRLƏR

Dövri elmi-praktiki jurnalın və digər mətbu nəşrlərin hazırlanması – 2025

2025-ci il ərzində fəaliyyəti üçün məsul qurum kimi Baş Prokurorluğun Elm-Tədris Mərkəzi olan “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 4 buraxılışının materialları hazırlanaraq çap edilib paylanılmışdır.
Jurnalın 240 səhifədə olan 2024-cü ilin 4-cü buraxılışında ölkənin ictimai-siyasi həyatında baş vermiş əhəmiyyətli hadisələrə dair 11, Azərbaycan Prokurorluğu tərəfindən COP29 çərçivəsində təşkil edilmiş yüksək səviyyəli sessiyaya aid 21 və Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində keçirilmiş konfransa aid 8, eləcə də prokurorluq qurumlarının digər tədbirlərinə dair 60, ümumilikdə 100 məlumat və 12 məqalə və müsahibə dərc edilmişdir.
Jurnalın 172 səhifədə olan 2025-ci ilin 1-ci buraxılışında ölkənin ictimai-siyasi həyatında baş vermiş əhəmiyyətli hadisələrə dair 10 və prokurorluq qurumlarının tədbirləri barədə 38, ümumilikdə 48 məlumat, 10 məqalə və müsahibə öz əksini tapmışdır.
Jurnalın 248 səhifədə olan 2025-ci ilin 2-ci buraxılışında ölkənin ictimai-siyasi həyatında baş vermiş əhəmiyyətli hadisələrə dair 10, Azərbaycan Prokurorluğu tərəfindən təşkil edilmiş BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclasına və İdarəetmə Komitəsinin Onuncu Görüşünə aid 18, prokurorluq qurumlarının tədbirləri barədə 86, ümumilikdə 114 məlumat, 6 məqalə və 1 müsahibə öz əksini tapmışdır.
Jurnalın 268 səhifədə olan 2025-ci ilin 3-cü buraxılışında ölkənin ictimai-siyasi həyatında baş vermiş əhəmiyyətli hadisələrə dair 11, prokurorluq qurumlarının tədbirləri barədə 62, ümumilikdə 73 məlumat, 7 məqalə və 3 müsahibə öz əksini tapmışdır.
Jurnalın göstərilən buraxılışlarında rezonans doğurmuş cinayət işləri barədə mətbuat xəbərləri və qanunvericiliyə edilmiş mühüm dəyişikliklər oxucuların diqqətinə çatdırılmışdır.
“Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalda Mərkəzin əməkdaşlarının müəllif olduğu 10 məqalə işıqlandırılmış, eləcə də Belarus İstintaq Komitəsinin İxtisasartırma və yenidən hazırlıq institutunun “İstintaq fəaliyyəti” adlı elmi əsərlər toplusunda Mərkəzin əməkdaşının rus dilində hazırladığı “MDB məkanında qarşılıqlı fəaliyyət çərçivəsində elektron vahid daşıyıcıların idarə edilməsi” mövzusunda məqaləsi dərc olunmuşdur.
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Prokurorluğu” Elmi-praktiki jurnalının xüsusi buraxılışına dair mövzular və məqalələr toplanmış, redaktə edilmiş və strukturlaşdırılaraq siqnal nüsxəsinin çapı üçün təqdim edilmişdir. Jurnalda toplanmış məqalələrdən 2-i Elm-Tədris Mərkəzinin əməkdaşları tərəfindən təqdim edilmişdir.

Cari ildən Elm-Tədris Mərkəzinin fəaliyyətində olan yeniliklərdən biri də “Prokuror nəzarəti və prosessual rəhbərlik təcrübəsi” adlı elmi-praktiki jurnalın nəşridir. Qeyd edilən mətbu nəşr “İlin ən yaxşı prokuroru” müsabiqəsinin qaliblərinin müsbət iş təcrübəsinin təbliği, həmin əməkdaşların işə yanaşmalarının təşviqi, həmçinin prokuror nəzarəti və prosessual rəhbərlik sahəsində, xüsusən çətinliklərin həlli ilə bağlı müsbət təcrübənin yayılması məqsədi daşıyır. 146 səhifədən ibarət olan jurnalın 1-ci buraxılışında ön söz, mətbu nəşrin təsisi ilə bağlı normativ hüquqi baza, müxtəlif nominasiyalarda müsabiqə qalibləri barədə avtobioqrafik və statistik məlumatlar, 2024-cü “İlin ən yaxşı prokuroru”nun müsahibəsi, prosessual rəhbərlik və prokuror nəzarətindən bəhs edən 17 məqalə toplanmışdır. Jurnalda Elm-Tədris Mərkəzinin əməkdaşlarının 2 məqaləsi işıqlandırılmışdır.
Baş Prokurorluğun “İstintaq təcrübəsi” bülleteninin 10 və 11-ci nömrələri üzrə Mərkəzin irəli sürdüyü tövsiyə və təkliflər redaksiya heyəti tərəfindən dəyərləndirildikdən sonra nəşr edilməsi barədə rəy verilmişdir.

Baş Prokurorluğun “Dövlət ittihamının müdafiəsi təcrübəsi” bülleteninin 11-ci nömrəsi üzrə Mərkəzin irəli sürdüyü tövsiyə və təkliflər redaksiya heyəti tərəfindən dəyərləndirildikdən sonra nəşr edilməsi barədə rəy verilmişdir.