Ədliyyə işçiləri üçün korrupsiyanın qarşısının alınması və aşkar edilməsi üzrə təlim təşkil olunmuşdur
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən 18 mart tarixində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında “Korrupsiyaya qarşı mübarizənin hüquqi və praktiki yanaşmaları” mövzusunda təlim təşkil olunmuşdur.
Təlimdə dinləyici qismində Ədliyyə Nazirliyinin və onun strukturuna daxil olan qurumların əməkdaşları iştirak etmişdir. Tədbir zamanı iştirakçılara korrupsiyanın qarşısının alınması, korrupsiya hallarının aşkar edilməsi və istintaq istiqamətində həyata keçirilən tədbirlər, habelə bu sahədə beynəlxalq təcrübə və milli qanunvericiliyin tətbiqi məsələləri geniş şəkildə izah olunmuşdur.
Təlimdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İlkin Babazadə və Allahverdi Allahverdiyev çıxış etmişlər.
Təlim çərçivəsində iştirakçılarla interaktiv müzakirələr aparılmış, praktiki nümunələr əsasında suallar cavablandırılmış və mövzu üzrə bilik və bacarıqların artırılmasına töhfə verilmişdir.

