Prokurorluğun fəaliyyəti ilə bağlı olan proqram və planların icrası – 2025
Baş Prokurorluğun Fəaliyyət Planının icrası

Baş Prokurorluğun 2025-ci ilə dair Fəaliyyət Planlarında nəzərdə tutulmuş və icrasına məsul qurum kimi Elm-Tədris Mərkəzi (bundan sonra – Mərkəz) müəyyən edilmiş bütün tədbirlər vaxtında və tam icra edilmişdir. Belə ki, birinci yarımilə dair Baş Prokurorluğun Fəaliyyət Planının 29-cu bəndinə əsasən prokurorluq və ədliyyə işçiləri üçün məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlinin istintaq təcrübəsi ilə bağlı kurs təşkil edilmiş, 42-ci bəndinə görə isə üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə əlaqədar prokurorluq əməkdaşları ilə videokonfrans rejimində təlimlər keçirilmişdir. İkinci yarımilə dair Fəaliyyət Planının 6-cı bəndinə əsasən, “İKT sahəsində biliklərinin artırılması və rəqəmsal məkanda risklərin müəyyən edilməsi” mövzusunda prokurorluq işçiləri üçün təlim keçirilmiş, 34-cü bəndinə görə isə prokurorluğun gənc işçiləri üçün “Etik davranış qaydalarına və prinsiplərinə əməl olunmasının xüsusi aspektləri”mövzusunda təlim təşkil edilmişdir. Eyni zamanda, hər iki planın ilk iki bəndlərinə uyğun olaraq hesabat dövründə Mərkəzdə görülmüş işlər təhlil edilərək, onların yekunlarının əməliyyat iclasında müzakirə olunması və nəticələrindən asılı olaraq zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Mərkəzin İş planının icrası

Mərkəzin 2025-ci il üzrə hər iki İş planına əsasən, görülmüş işlərin praktiki nəticələri tədris prosesinə müsbət təsir göstərmişdir. Belə ki, “Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlinin cinayət-hüquqi xarakteristikası və istintaq təcrübəsi” adlı metiodiki vəsait və “Prokurorluq orqanlarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində ölkədaxili əməkdaşlıq təcrübəsi: 2020 – 2024” adlı nəşr hazırlanmış, rayonlar üzrə cinayətkarlığın dinamikası təhlil edilmiş və yekunu üzrə müəyyən edilən risk göstəriciləri ilə bağlı təkliflər hazırlanmış, prokurorluq işçilərinin Beynəlxalq Prokurorlar Assosiasiyasının portalında təşkil edilən vebinar təlimlərdə iştirakları təmin edilmiş, xarici ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil alan ölkəmizdən olan tələbələr üçün prokurorluq orqanlarına qulluğa qəbulla bağlı maarifləndirici tədbir keçirilmiş, hüquqşünaslıq ixtisası üzrə tələbə və kursantların iştirakı ilə “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş konfrans təşkil edilmiş, təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusu üzrə təlimlər keçirilmiş, prokurorluq əməkdaşları üçün “Kriminalistik bilik və bacarıqların təcrübədə tətbiqi” mövzusu üzrə treninqlər və “Prokurorluq orqanlarında kriminoloji təhlil aparılması metodikası” mövzusunda kurs keçirilmiş, cinayət təqibindən kənar icraatlar üzrə fəaliyyət göstərən prokurorluq işçiləri üçün yetkinlik yaşına çatmayanlarla psixoloji davranışa dair interaktiv diskussiya təşkil edilmiş, hərbi prokurorluqların işçiləri üçün informasiya texnologiyalarının tətbiqi ilə bağlı fakültativ kurslar keçirilmiş, prokurorluq orqanlarına 2024-cü ildə ilk dəfə qulluğa qəbul olunmuş və stajorluq keçən işçilər üçün hazırlıq kursu və 2025-ci ildə prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün icbari təlim təşkil edilmişdir. İş planlarının ilk bəndlərində nəzərdə tutulmuş görülmüş işlərin təhlili və onların nəticələrinin idarənin əməliyyat iclaslarında müzakirə olunması təmin edilmişdir.

Digər proqram və planların icrası
Fəaliyyət və İş planları ilə yanaşı, 2025-ci il ərzində prokurorluğun fəaliyyəti ilə bağlı olan digər proqram və planlarda Mərkəzin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə səy göstərilmişdir.
Belə ki, Baş Prokurorluğun Geniş Kollegiya iclasının 08.10.2024-cü il tarixli qərarının icrası üzrə “Qarabağ Azərbaycandır! Böyük Qayıdış!” adlı kitab Azərbaycan dilində, “Qlobal ədalətə doğru: Beynəlxalq Prokurorlar Assosiasiyası və Azərbaycan Prokurorluğu” adlı kitab isə Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur.
“Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar” 20.08.2025-ci il tarixli Tədbirlər Planının icrası üzrə 2025-ci il sentyabrın 26-da prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə Elm-Tədris Mərkəzində “Hüququn izi ilə” adlı interaktiv istintaq kvesti keçirilmişdir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Baş Prokurorluğun Tədbirlər Planının icrası üzrə Mərkəz tərəfindən 2025-ci il fevralın 12-də Baş Prokurorluqda “Konstitusiya və Suverenlik ili: gənclərin hüquqi dövlət quruculuğunda yeri və rolu” adlı konfrans keçirilmiş, aprelin 29-da Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Baş Prokurorluğun, Vəkillər Kollegiyasının, eləcə də Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə “Konstitusiya milli iradənin və suverenliyin təzahürü kontekstində: yeni reallıqlar və strateji hədəflər” mövzusunda respublika elmi-praktiki konfrans təşkil edilmiş, mayın 6-da Baş Prokurorluğun dəstəyi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilmiş, sentyabrın 24-də Baş Prokurorluqda ali təhsil müəssisələrinin tələbə və kursantları arasında “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” mövzusunda hüquq viktorinası keçirilmiş, noyabrın 13-də Baş Prokurorluğun dəstəyi ilə Medianın İnkişafı Agentliyinin əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması” mövzusunda təlim təşkil edilmiş, noyabrın 21-də Gəncə və Lənkəran Dövlət universitetlərində “Müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin aktual problemləri” mövzusunda elmi-praktiki konfranslar, dekabrın 9-da Baş prokuror yanında Elmi-Məsləhət Şurasının “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş iclası keçirilmişdir.
Həmçinin 2025-ci il aprelin 14-də Qarabağ Universitetində “Ulu Öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilmiş konfransda, aprelin 25-də Nəsimi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində, may ayının 8-də Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində, mayın 23-də Nəsimi rayon prokurorluğunda “Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda keçirilmiş seminarda, avqustun 22-də Baş Prokurorluq tərəfindən Laçında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilmiş beynəlxalq konfransın təşkilində, sentyabrın 26-da Bakı şəhər prokurorluğunda “Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu” mövzusunda keçirilmiş seminarda Mərkəz təmsil olunmuşdur.
Sadalananlarla yanaşı, Azərbaycan Respublikasının COP29-a sədrliyi ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Prokurorluğun Tədbirlər Planı, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Baş Prokurorluğun Tədbirlər planı, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar Prokurorluğun Tədbirlər planı, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023 – 2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Prokurorluğun 2025-ci il üzrə İş Planı, 27 noyabr 2020-ci il tarixli “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”, Azərbaycan Respublikası və Rusiya Federasiyasının Baş prokurorluqları arasında imzalanmış 2024-2025-ci illər üzrə əməkdaşlıq Proqramının icrası istiqamətində tədbirlər həyata keçirilmişdir.

