ŞURANIN TƏRKİBİ

Abdullayev Natiq Saleh oğlu

Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi


Abdullayev Natiq Saleh oğlu 19 iyul 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri 134 №-li məktəbdə oxumuş, 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
08 iyul 1993-cü ildən Bakı şəhər prokurorluğunda kadrlar üzrə müfəttiş işləmişdir. 31 oktyabr 1994-cü ildə təyinatla prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, 07 aprel 1995-ci ildən Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, 26 fevral 1996-cı ildən Siyəzən rayon prokurorluğunun müstəntiqi, 27 noyabr 1998-ci ildən Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm və tədris idarəsinin prokuroru, 31 may 1999-cu ildən Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin prokuroru, 24 aprel 2001-ci ildən Azərbaycan Respublikası Hərbi prokurorunun köməkçisi, 31 may 2004-cü ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 08 iyul 2004-cü ildən 24 fevral 2005-ci ilədək müvəqqəti olaraq Azərbaycan Respublikası Hərbi  prokurorunun köməkçisi vəzifəsini icra etmişdir. N.S.Abdullayev 27 may 2005-ci il tarixdən Lənkəran hərbi prokuroru, 04 avqust 2005-ci il tarixdən Yardımlı rayon prokuroru, 13 dekabr 2011-ci ildən Lənkəran rayon prokuroru, 14 oktyabr 2015-ci ildən Bakı şəhəri Qaradağ rayon prokuroru, 02 iyul 2019-cu ildən Şirvan şəhər prokuroru vəzifələrində işləmiş, 12 iyun 2020-ci ildən Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunmuş, 19 iyun 2025-ci ildən Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2020-ci il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.
2023-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyinin tapşırığına əsasən “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qanunvericilik və istintaq təcrübəsi metodiki vəsait”in hazırlanmasında Natiq Abdullayev layihə rəhbəri olmuşdur.
N.S.Abdullayev Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Azərbaycan Respublikası Baş prokurorunun 17 iyul 2018-ci il tarixli əmri ilə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.