Rüstəmzadə Ayxan Xankişi oğlu
Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və hüquq fakültəsi”nin dekanı, Hüquq şöbəsinin müdiri
Rüstəmzadə Ayxan Xankişi oğlu 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-2006-cı illərdə Milli Aviasiya Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil almışdır. 2012-ci ilədək məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışmışdır.
2006-2009-cu illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olmuşdur. 2010-cu ildə A.X.Rüstəmzadəyə Ali Attestasiya Komissiyası tərəfindən hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
A.X.Rüstəmzadə 2006-2021-ci illərdə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsində Hüquq kafedrasının, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Bakı Biznes Universitetinin müəllimi olmuşdur.
O, 2012-2015-ci illərdə Ukrayna Ali Radasının Qanunvericilik İnstitutunun doktorantı olmuş, doktorluq dissertasiyası müdafiə edərək, Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən (AAK) hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildə Azərbaycan Respublikasında hüquq elmləri doktoru elmi dərəcəsi nostrifikasiya olunmuşdur. Həmin ildə AAK-ın qərarı ilə dosent elmi adına layiq görülüb.
2016-cı ildən bu günədək Vəkillər Kollegiyasının üzvü və Xırdalan şəhər Vəkil Bürosunun direktorudur.
Ayxan Rüstəmzadə 2017-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları layihəsinin professor-müəllim seçimi müsabiqəsində Humanitar-sosial ixtisaslar üzrə Komissiyanın sədri, Ukrayna Respublikasının Vəkillər kollegiyasının üzvüdür.
2023-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İxtisas Komissiyasının sədr müavini, Səhiyyə Nazirliyinin nəznində Etika Komissiyasının üzvüdür.
2021-ci ildən Milli Aviasiya Akademiyasının Hüquq şöbəsinin müdiri, İqtisadiyyat və hüquq fakültəsinin dekanıdır.
2023-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən professor elmi adı verilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 sentyabr 2021-ci il tarixindən bu günədək Milli Aviasiya Akademiyasının nəzdində yaradılmış ED 2.45 saylı 5607.01 (Konstitusiya hüququ, bələdiyyə hüququ); 5611.01 (Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ); 5612.01 (Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat axtarış fəaliyyəti) ixtisasları üzrə hüquq elmləri sahəsində fəlsəfə doktor və elmlər doktoru müdafiəsinin təşkili üçün yaradılmış Dissertasiya Şurasının sədridir.
2025-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin Elmi-məsləhət Şurasının üzvüdür.
A.X.Rüstəmzadə 90-dək elmi əsərin müəllifidir.
Ailəlidir.


