Əliyev Vüqar Nurəddin oğlu
Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin
əlaqələndirilməsi idarəsinin rəisi
Əliyev Vüqar Nurəddin oğlu 26 mart 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetini fərqlənmə diploma ilə bitirmişdir. Həmin il prokurorluq orqanlarına işə qəbul olunaraq Sumqayıt şəhər prokurorluğunda prokuror-kriminalist, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsində prokuror-kriminalist, Kadrlar idarəsində prokuror, Beynəlxalq Əlaqələr şöbəsində rəis müavini, Mətbuat Xidmətinin rəhbəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əvvəlcə Analitik-informasiya, daha sonra isə Preventiv tədbirlər və təhqiqat şöbələrinin rəisi, Nərimanov rayon prokuroru vəzifələrində işləmişdir.
V.N.Əliyev 16 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinin rəisi vəzifəsində çalışır. III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif edilmişdir. 2011-ci ildə Beynəlxalq Antikorrupsiya Akademiyasının yay məktəbini bitirmişdir.
Vüqar Əliyev Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan nəşrlər siyahısına daxil edilmiş “Hüquqi elmlər və təhsil” jurnalında “Dindirmə kriminalistik informasiyanın mənbəyi kimi”, “Dindirmə nəticələrinin rəsmiləşdirilməsi zamanı cinayət prosesi və kriminalistikanın müddəalarının uyğunluğu” və “Fiziki qüsurlardan və ya digər ağır xəstəliklərdən əzab çəkən şəxslərin dindirilməsinin spesifik xüsusiyyətləri” mövzularında məqalələrlə çıxış etmişdir.
Ailəlidir, 2 övladı var.