Xələfov Elçin Abuzər oğlu
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru
Xələfov Elçin Abuzər oğlu 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra kommersiya bankında hüquqşünas, aparıcı hüquqşünas işləmişdir. 1994-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun əyani aspiranturasında təhsil almış və “Azərbaycan Respublikasında bank fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Fəlsəfə doktoru, dosentdir.
1997-2012-ci illərdə Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ, Mülki hüquq kafedralarında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 2012-ci ildən BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasında çalışır.
2003-2004-cü illərdə Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin Mülki hüquq və mülki proses kafedrasında baş müəllim, 2004-2005-ci illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində baş məsləhətçi, 2005-2013-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparatında böyük məsləhətçi vəzifələrində çalışmışdır. 2013-cü ilin fevral ayından indiyədək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektorudur. 70-dən çox elmi məqalənin və əsərin müəllifidir.
Ailəlidir, üç övladı var.