Türk Dövlətləri Təşkilatının üzvlərinin dövlət hakimiyyətinin təşkilinin konstitusion əsaslarının xüsusiyyətləri” mövzusunda beynəlxalq konfransda Mərkəzin əməkdaşları iştirak edib
Dekabrın 18-də Bakıda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatının üzvlərinin dövlət hakimiyyətinin təşkilinin konstitusion əsaslarının xüsusiyyətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə Respublikalarının Türk Ədliyyə Təlimi Şəbəkəsinin üzvü olan, ədliyyə və prokurorluq təlimi ilə məşğul olan qurumlardan, həmçinin Azərbaycan Respublikasında bu sahədə fəaliyyət göstərən qurumlardan nümayəndələr iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Hüseynov Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini və ölkəmizdə müasir hüquqi mexanizmlərin müəyyən olunmasında, məhkəmə-hüquq islahatlarının genişlənməsində Konstitusiyanın əsas prinsiplərinin rəhbər tutulduğunu vurğulayıb.
Daha sonra Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyəni təmsil edən nümayəndələr mövzu üzrə məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində xarici ölkələrin müvafiq qurumlarının rektorları, prorektorları, kafedra müdirləri, aparıcı elmi işçiləri, müəllimləri və digər mütəxəssisləri dövlət hakimiyyətinin təşkilinin konstitusion əsasları ilə bağlı öz təcrübə və elmi yanaşmalarını bölüşüblər.

