Qazaxıstan Respublikasının prokurorluq əməkdaşları üçün təlim keçirilib

1-5 dekabr tarixlərində ekstremizm və terrorizmə, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının hüquq-mühafizə və xüsusi dövlət orqanlarının müsbət təcrübəsinin öyrənilməsi məqsədilə Qazaxıstan Respublikasının prokurorluq əməkdaşları üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında təlim keçirilib.
Təlimdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin, həmçinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasınin, Maliyyə Manitorinq Xidmətinin və ASAN xidmətin əməkdaşları təlimçi qismində iştirak ediblər.
Təlim zamanı dinləyicilərə Azərbaycan Respublikasının ekstremizmə və terrorizmə qarşı mübarizə sahəsində milli qanunvericiliyi, terrorizmlə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın rolu, Kiberterrorizm: müasir çağırışlar, terrorizmə qarşı regional və beynəlxalq mübarizə sistemində Azərbaycanın rolu, terrorçu və ekstremist fəaliyyətə görə məsuliyyətin növləri , dini ekstremizm, separatizm və fundamentalizm ideyalarını ehtiva edən materialların yayılması ilə bağlı cinayətlərin istintaqının xüsusiyyətləri, Erməni terrorizmi və separatçılığı: Dağlıq Qarabağ kontekstində tarixi, ideoloji əsaslar və beynəlxalq hüquq məsələləri, ASAN xidmətin institusional modeli , Maliyyə Monitorinqi Xidmətinin terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində fəaliyyəti, tərəfdaş strukturlarla daxili və beynəlxalq əməkdaşlığı, kriptovalyuta əməliyyatlarının monitorinqi  mövzuları tədris edilmiş  və digər aktual mövzular barədə geniş məlumat verilərək faydalı təcrübə mübadiləsi aparılıb.
Təlim gedişində nümayəndə heyəti Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Baş Prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 160 ünvanında yerləşən inzibati bina kompleksi ilə, həmçinin Zəfər muzeyi və Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Bundan əlavə qonaqlar üçün Heydər Əliyev Mərkəzinə və 7 saylı ASAN xidmət Mərkəzinə tanışlıq turları təşkil olunub.