Türk Ədliyyə Təlim Şəbəkəsinin konfransında ekoloji hüquqpozmalara qarşı mübarizəyə və transmilli hüquqpozmaların qurbanlarının müdafiəsinə xüsusi diqqət yetirilib
Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində 2024-cü ilin dekabr ayının 17-dən 18-dək özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda konfransı keçirilib.
Beynəlxalq konfransın “Ekoloji hüquqpozmalara qarşı mübarizədə ölkədaxili və beynəlxalq mexanizmlər” adlanan 2-ci panel sessiyasına moderatorluğu Qazaxıstan Baş Prokurorluğu yanında Hüquqmühafizə orqanlarının Akademiyasının rektoru Marat Seksembayev edib. Həmin sessiyada Türkiyə Ədalət Akademiyasınin müəllimi, prokuror Utku Salih Dinçer, Qazaxıstan Baş Prokurorluğu yanında Hüquqmühafizə orqanlarının Akademiyasının baş elmi işçisi Kulmukhanbetova Bibigul Amanjolovna, Qırğızıstan Baş Prokurorluğunun idarə prokuroru İmanaliyeva Aynura Kurmanbekovna, Özbəkistan Ali Məhkəmə Şurası yanında Ali Hakimlər Məktəbinin baş mütəxəssisi Haniyev Karimberdi Rahimberdiyeviçh, Şimali Kiprin Ali Məhkəməsinin hakimi Dilşah Karayel, Azərbaycan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının baş müəllimi Mətanət Əsgərova və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin böyük prokuroru İradə Xəlilova çıxış ediblər.
Xarici qonaqlarla yanaşı konfransın bu sessiyasında Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri Sahil Hüseynov, habelə ADA Universitetinin və Dövlət Sərhəd Xidməti Akademiyasının müəllim heyəti iştirak edib.
Konfransda həmçinin Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev çıxış edib, mövzu üzrə aparılan müzakirələrdə isə Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mahir Abbasov, eləcə də Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Sahib İsmayılov iştirak ediblər.
Türkiyə Ədalət Akademiyasının rektoru Mühittin Özdemirin moderatorluğu ilə keçirilən 3-cü panel sessiya transmilli cinayətlərin qurbanları və onların mülki-hüquqi müdafiə vasitələrinə həsr olunub.
Sessiya çərçivəsində Türkiyə Ədalət Akademiyasının müəllimi, prokuror İbrahim Altinok, Qazaxıstan Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyasının professoru Biyebayeva Ardak Alimxanova, Özbəkistan Hüquq-mühafizə Akademiyasının baş müəllimi Mustafaev Shukhratjon Burieviç, Qırğızıstan Ali Məhkəməsi yanında Ali Ədliyyə Məktəbinin müəllimi Duyşenbekova Qulnara Sultanbekovna, Şimali Kiprin Baş Prokurorluğunun əməkdaşı Volkan Kayabash, Azərbaycan Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin böyük prokuroru Nigar Əskərova və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi Fərdin Xəlilov çıxış ediblər.
Konfransın bu sessiyasında isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi Canpolad Daanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov və rəis müavini Azər İsmayılov, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi Baba Salayev iştirak ediblər.
Mövzu üzrə aparılan müzakirələrdə həmçinin Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev iştirak ediblər.