Milli Aviasiya Akademiyasında keçirilən beynəlxalq konfransda Mərkəzin şöbə rəisi iştirak edib
05 fevral 2026-cı il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli Azərbaycan Milli Aviasiya Akademiyasında təşkil olunan 11-ci Beynəlxalq Elmi-Praktiki Gənclər Konfransında iştirak etmişdir.
Konfrans Azərbaycan Milli Aviasiya Akademiyasının yerli və xarici professor-müəllim heyətinin iştirakı ilə keçirilmişdir. Tədbir çərçivəsində müxtəlif sahələr üzrə gənc tədqiqatçılar tərəfindən aktual mövzularda elmi məruzələr təqdim edilmiş, elmi müzakirələr aparılmış və fikir mübadiləsi həyata keçirilmişdir.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən gənclərin elmi fəaliyyətinin təşviqi, akademik mühitdə hüquqi biliklərin təbliği və elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər mühüm əhəmiyyət kəsb edir.

