Beynəlxalq hüquq və cinayət-prosessual hüquq sahəsində yeni kitabların təqdimatında Mərkəzin əməkdaşı iştirak edib
21 noyabr tarixində Hüquq və İnsan Haqları İnstitutunın təşkilatçılığı ilə hüquq elmləri doktoru Mətanət Əsgərovanın beynəlxalq hüquq və cinayət-prosessual hüquq sahələrinə həsr olunmuş üç yeni kitabının təqdimat mərasimi keçirilib.
Tədbir çərçivəsində müəllifin “Beynəlxalq hüquq” (ümumi hissə), “Уголовно-процессуальное право” (I cild, ümumi hissə) və “Уголовно-процессуальное право” (II cild, xüsusi hissə) adlı nəşrlərinin təqdimatı baş tutub. Təqdim olunan kitabların hüquq elminin inkişafına, elmi araşdırmaların dərinləşdirilməsinə və tədris prosesinin zənginləşdirilməsinə mühüm töhfə verəcəyi qeyd olunub.
Tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin böyük prokuroru Behruz İbrahimov iştirak etmişdir.

