Polis Akademiyasında “Cinayət məsuliyyətindən azad etmə” mövzusunda mühazirə keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi, Fazil Həsənəliyev, şöbə rəisi Nigar Qələndərli və Emin Rəsulzadə Polis Akademiyasının qonaqları olublar.
Polis Akademiyasında kursantların nəzəri biliklərinin möhkəmləndirilməsi və praktiki vərdişlərinin inkişaf etdirilməsi məqsədilə, 22 oktyabr 2025-ci il tarixində mühazirəçi qismində Fazil Həsənəliyev kursantlara “Cinayət məsuliyyətindən azad etmə” mövzusunda mühazirə ilə çıxış edib.
Tədbirdən əvvəl qonaqlar Polis Akademiyasının “İnformasiya təhlükəsizliyi” fakültəsinin müasir texniki avadanlıqlarla təchiz edilmiş elmi-tədqiqat laboratoriyası ilə tanış olublar.
Mühazirə zamanı cinayət məsuliyyətindən azad etmə institutunun hüquqi əsasları, onun tətbiq mexanizmləri, məhkəmə-prokurorluq təcrübəsində rolu və əhəmiyyəti izah edilib. Mövzu praktiki nümunələrlə zənginləşdirilərək kursantların analitik düşünmə, hüquqi təhlil və praktik tətbiq bacarıqlarının inkişafına yönəldilib.
Sonda kursantların sualları cavablandırılıb və mövzu üzrə elmi-diskussiya aparılıb.

