Baş Prokurorluqda “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” mövzusunda hüquq viktorinası keçirilib
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, həmçinin “Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü” ilə əlaqədar olaraq sentyabrın 24-də Baş Prokurorluqda ali təhsil müəssisələrinin tələbə və kursantları arasında “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” mövzusunda hüquq viktorinası təşkil olunub.
Tədbirdə 300-ə yaxın tələbə və kursant iştirak edib. Cavabların qiymətləndirilməsi Baş Prokurorluğun əməkdaşlarından ibarət münsiflər heyəti Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev, Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev, Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli, təhsil müəssisələrin professor-müəllim nümunələrindən ibarət ekspertləri və intraktivlik, texniki dəstək sektor müdri Oqtay Mirzəyev tərəfindən həyata keçirilmişdir.
Nəticələr:
Komanda mərhələsi üzrə:
I yer – Daxili İşlər Nazirliyinin Polis Akademiyası
II yer – Dövlət Gömrük Komitəsi Akademiyası
III yer – Milli Aviasiya Akademiyası
Kapitan mərhələsi üzrə:
I yer – Mirzəzadə Cavid Ceyhun oğlu (Bakı Dövlət Universiteti), Abbasov Ramin Xəqani oğlu (“ADA” Universiteti), İsgəndərli Firidun Səhman oğlu (Milli Aviasiya Akademiyası)
II yer – Cəfərli Kənan Samir oğlu (Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası)
III yer – Əsədli Afiq Anar oğlu (Qarabağ Universiteti)
Xüsusi nominasiyalar üzrə:
Naxçıvan Dövlət Universiteti – “Suverenlik və Müdafiə Qalası”
Fövqəladə Hallar Nazirliyi Akademiyası – “Xilasetmə və Dövlətçilik Qoruyucuları”
Heydər Əliyev adına Hərbi İnstitutu – “Dövlətçiliyin Qoruyucuları”
Viktorina çərçivəsində iştirakçılar və azarkeşlər Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası və Heydər Əliyev adına Hərbi İnstitutunun gənclərinin vətənpərvərlik mövzusunda bədii ifalarını dinləyiblər.
Sonda bütün iştirakçılar sertifikatlarla təltif olunub.

