Bakı Dövlət Universitetində dissertasiya işinin müzakirəsinə Elm-Tədris Mərkəzinin şöbə rəisi öz tövhəsini verib
2025-ci il 13 iyun tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Azərbaycan cinayət qanunvericiliyində yaşamaq və sağlamlıq hüququnun bioetik aspektləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Həmin tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli rəyçi qismində iştirak edib.
Dissertasiya işinin təqdimatı keçirilərək həmin iş üzrə müzakirələr aparılıb. İlkin müzakirə çərçivəsində rəyçilər çıxış edərək elmi dərəcə üzrə iddiaçıya öz sual, təklif və tövsiyələrini bildiriblər.