Magistrlik dissertasiyalarının müdafiəsində Elm-Tədris Mərkəzinin şöbə rəisi iştirak edib

11-12 iyun 2025-cı il tarixlərində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alan magistrantlarının magistrlik dissertasiyalarının müdafiəsi üçün təşkil edilmiş ixtisaslaşdırılmış Elmi Şuranın iclası keçirilib.
İclasda Şuranın tərkibində olan Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli, Polis Akademiyasının rəhbərliyi, Bakı Dövlət Universitetinin və Aviasiya Akademiyasının professor-müəllim heyəti iştirak edib.
Şura iclasına Polis Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 15 magistrantı tərəfindən hazırlanmış magistrlik dissertasiyaları təqdim olunub.
Elmi Şuranın iclasında sözügedən dissertasiya işlərinin təqdimatı keçirilərək həmin işlər üzrə müzakirələr aparılıb. İclas çərçivəsində Şura üzvləri çıxış edərək magistrantlara öz sual, təklif və tövsiyələrini bildiriblər. Dissertasiya işlərinin müzakirəsindən sonra açıq səsvermə keçirilib, hər bir iş üzrə qiymətləndirmə aparılıb.
Tədbirin sonunda qiymətləndirmənin nəticələrinə əsasən 15 magistranta “magistr” elmi-ixtisas dərəcəsi verilməsi qərara alınıb.