Baş Prokurorluqda media nümayəndələri üçün “Açıq qapı günü” təşkil olunub

Prokurorluq orqanlarının media ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də hüquq-mühafizə sistemində həyata keçirilən sistemli islahatların nümayiş etdirilməsi məqsədilə Baş Prokurorluğun İnzibati binalar kompleksində qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı günü” təşkil olunub.
Tədbirdə iştirakçılar Baş Prokurorluğun inzibati binalar kompleksi ilə yaxından tanış edilmiş, prokurorluq orqanlarının gündəlik fəaliyyəti, iş prosesinin təşkili, müasir texniki imkanlar və xidmət infrastrukturu barədə ətraflı məlumatlandırılmışlar.
“Açıq qapı günü” çərçivəsində iştirakçılara Kriminalistika laboratoriyası, 44 günlük Vətən müharibəsinə həsr olunmuş memorial qalereya, Baş Prokurorluğun kitabxanası, istintaq və dindirmə otaqları, eləcə də digər müvafiq auditoriyalar təqdim olunmuş, bu sahələrdə yaradılmış şərait nümayiş etdirilmişdir.
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.