ŞURANIN FƏALİYYƏTİ

Zəngilan rayonunda ağacəkmə aksiyası keçirilib

İşğaldan azad edilmiş ərazilərin bərpası, ekoloji mühitin yenidən qurulması və bölgənin davamlı inkişaf konsepsiyasına töhfə verilməsi məqsədilə Zəngilan rayonunda ağacəkmə aksiyası təşkil edilib.
Belə ki, 5 noyabr 2025-ci il tarixində Zəngilan rayonunda “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda keçirilən konfransdan sonra  ağacəkmə aksiyası təşkil olunub. Ağacəkmədə Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları ilə yanaşı, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, eləcə də Qarabağ Universitetinin tələbələri iştirak ediblər.
Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması ölkəmizin prioritet istiqamətlərindən biridir. Bu baxımdan aksiya çərçivəsində əkilən hər bir ağac Azərbaycanın milli birliyinin, dövlət müstəqilliyinin və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin rəmzi kimi torpağa qovuşdurulmuşdur. Bu addım, azad edilmiş torpaqlarda həyatın bərpası, təbiətin yenidən canlandırılması və gələcək nəsillərə yaşıl mirasın ötürülməsi ideyasını özündə ehtiva edir.