Elmi-Məsləhət Şurasının üzvləri Laçın şəhəri ilə yaxından tanış oldular
Laçın rayonunda keçirilmiş “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransdan sonra Elmi-Məsləhət Şurasının üzvləri Laçın şəhərinə səfər ediblər.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Laçın rayonu sürətlə inkişaf edir. Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin geri qayıdışı üçün hərtərəfli şərait yaradılır.
Şura üzvləri şəhərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni tikililər, sosial və mədəni obyektlərlə yaxından tanış olublar. Eyni zamanda, səfər çərçivəsində Laçının tarixi məkanlarını ziyarət edərək Şura üzvləri şəhərin zəngin mədəni irsi, gələcək inkişaf perspektivləri, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli dəyərlərin yaşadılması və hüquqi dövlət quruculuğu istiqamətində aparılan işlərlə də tanış oldular.

