MODERATORLUQ

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin həcmli resursların yerləşdiyi alt-domeni bazasında Mərkəzin rəsmi vebsaytı yaradılıb

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru tərəfindən müasir tələblərə cavab verən vebsaytın texniki tapşırığı müəyyən edilməklə onun proqram təminatı yaradılmışdır. Bu vebsaytın hazırlanması prosesində ilk öncə ölkəmizdə və qabaqcıl xarici dövlətlərdə tədris sahəsində son illər ərzində ən yaxşı hesab edilmiş portalların, o cümlədən Stanford, Yale, Cambridge universitetlərinin saytlarının quruluşu və dizaynı nəzərdən keçirilmiş, onların fəaliyyət prinsipləri öyrənilmişdir. Mərkəzin fəaliyyət istiqamətləri nəzərə alınaraq, onun interfeys dizaynı, menyusu, təsnifat bölgüsü və digər komponentləri müəyyən edilmişdir. Eyni zamanda, Mərkəz tərəfindən son 2 ildə görülmüş işlər barədə məlumatların xəbər formasında hazırlanmış, eləcə də zəruri olan digər məlumatlar toplanmışdır.

 

Mərkəzin vebsaytının menyusunun təsnifat bölgüsü:

 

  • Xəbərlər
  • Haqqımızda
  • Fəaliyyət sahələri
  • Elmi Məsləhət Şurası
  • Əməkdaşlıq
  • Fəaliyyətin təhlili
  • Media
  • Qalereya
  • Əlaqə
  • Tərəfdaşlar
  • Faydalı linklər

 

Bu dinamik sayt əksər menyu komponentlərinin avtomatik qaydada yenilənməsinə, istənilən məlumatın asan axtarışına, interfeysdə statistik məlumatların göstərilməsinə və digər imkanlarına görə bir çox saytlardan fərqlənir.
Mərkəzin vebsaytında hazırda artıq 300-ə yaxın məlumat yerləşdirilmişdir və bu proses davam etməkdədir.
Saytın ictimaiyyətə daha əlçatanlı olunması üçün Baş Prokurorluğun rəsmi saytında ona keçid linkinin yerləşdirilməsi, eləcə də meta, instagram, telegram, twitter kimi sosial şəbəkələrdə onun geniş ictimaiyyətə tanıtdırılması planlaşdırılır.
Hazırda Mərkəzin əməkdaşları tərəfindən vebsaytın imkanlarının genişləndirilməsi məqsədilə, eləcə də  onun daha da cəlbedici olması üçün tərkibinə “biliyini yoxla”, “müsabiqədə iştirak et” və digər menyu parametrlərin əlavə edilməsi üzrə işlər aparılır.