TƏDQİQATLAR

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti, bu sahədə milli və beynəlxalq müstəvidə aktual problemlərin həlli yolları

Baş prokurorun tapşırığı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti, bu sahədə milli və beynəlxalq müstəvidə olan problemlərin həlli yolları Baş Prokurorluğun Elm-Tədris Mərkəzində təhlil obyekti olmuşdur. Təhlil aparılarkən narkomanlığın aktual problemlərinin mahiyyəti müəyyən edilmiş, buna qarşı aparılan mübarizənin milli strategiyası nəzərdən keçirilmiş, narkomanlıqla mübarizə sahəsində beynəlxalq təcrübə öyrənilmişdir. Həmçinin ölkə üzrə narkomanlıqla bağlı 2019, 2020 və 2021-ci ilin birinci yarımilliyini əhatə edən statistik məlumatlar əldə olunaraq, bu məlumatlar cəzanın tətbiqi təcrübəsi ilə bir kontekstdə təhlil edilmiş və nəticələri qrafikləşdirilmişdir.

Belə ki, təhlil zamanı narkotik vasitələr və narkomaniya ilə bağlı problemlərin mahiyyətinə və aktuallığına, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin strategiyasına, narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə üzrə beynəlxalq sənədlərə, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizənin hüquqi bazasına xüsusi diqqət yetirilmişdir.

Həmçinin təhlillə əlaqədar beynəlxalq təcrübədə profilaktik işlərin aparılması, narkoman xəstələrin aşkar olunması və qeydiyyatı, narkotik asılılığının məcburi müalicəsi, narkoloji xidmətin təşkili məsələləri, eləcə də narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizənin statistikası öyrənilmişdir.

Əldə edilmiş nəticələr əsasında cəza siyasətinin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübə və onun implementasiya imkanları barədə mülahizələr təhlildə yer almışdır.
Eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi təcrübəsi, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə yol verilən tipik qanun pozuntuları təhlil obyekti olmuşdur.

Təhlilin yekunu üzrə arayışda 2019 – 2020-ci illər və 2021-ci ilin birinci yarımili ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı statistik göstəricilər öz əksini tapmışdır.

 

 

Təhlil nəticəsində müəyyən edilmiş tipik qanun pozuntularının preventiv tədbirlərlə və qanunvericiliklə aradan qaldırılması üçün 40-daq artıq təklif irəli sürülmüşdür.